BANM-də “Mühəndis Günləri 2017”
Tarix: 22.12.2017 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi (GəncMİİB) və “MA Engineering Academy”-nin təşkilatçılığı ilə “E-Days`17” (Mühəndis Günləri 2017) adlı tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd sənayenin ən qabaqcıl şirkətlərinin mütəxəssislərinin tədbirdə iştirak edərək öz təcrübə və biliklərini iştirakçılarla paylaşmasını təmin etmək olub. Tədbirdə BANM-ın rəhbərliyi və tələbələri, sahənin aparıcı şirkətlərinin nümayəndələri, həmçinin müxtəlif universitetlərin tələbələri iştirak ediblər.
Tədbirdə BANM-ın rektoru Elmar Qasımov GəncMİİB – in gənc mühəndislərin inkişafında əhəmiyyətli rolundan danışıb və onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.
GəncMİİB-in sədri Yusif Yusifov da BANM-ın rəhbərliyinə göstərdiyi diqqət və dəstəyə görə təşəkkür edib. Daha sonra GəncMİİB-in sədr müavini Zaur Mirzalıyev təşkilatın fəaliyyət istiqamətlərindən, gənc mühəndislərin bilik və bacarıqlarının artırılmasında olan rolundan danışıb.
Tədbirdə BP-nin Xarici işlər şöbəsinin rəhbəri Rəşad Bayramov, Balacans MMC-nin Keyfiyyət və Sətəm departamentinin müdiri Nazim Məmmədov, BP-nin Mexanika mühəndislərinin komanda rəhbəri İlkin Həmidov, T&I Consultancy şirkətinin Araşdırma komandasının lideri Leyla Abdullayeva, BP-nin Elektrik mühəndisi Məhəmməd Əliyev və “Keepface” şirkətinin Texniki meneceri Elşad Yusifli spiker qismində çıxış edərək auditoriyaya müxtəlif maraqlı mövzularda prezentasiyalar ediblər.
“Mühəndis Günləri 2017”-də etdiyi maraqlı çıxışlarına görə tədbirin spikerlərinə plaketlər təqdim olunub.
Tədbir boyunca müxtəlif şirkətlərin nümayəndələri və 200-dən çox tələbə eyni platformada görüşdürülərək müxtəlif problemləri müzakirə edib və ortaq həll yolu tapmaqla bağlı fikirlər səsləndiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info