“İrəli” 9 illiyinə cəbhədən başlayacaq
Tarix: 22.12.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata əsasən “İrəli” İctimai Birliyi Cəbhə bölgəsinə gedəcək. “İRƏLİ” İctimai Birliyi 23 dekabr 2017-ci il tarixində təşkilatın təsis edilməsinin 9 illiyini gənclərdə əhval-ruhiyyənin və ruh yüksəkliyinin qaldırılması, xidmətində fərqlənən gəncləri mükafatlandırmaq məqsədi ilə cəbhə xəttində həqiqi hərbi xidmətdə olan gənclərlə qeyd edəcəkdir. “İrəli” sədri MirHəsən Seydov qeyd edib ki, “Cənab Prezident bu günə kimi bütün ad günlərini çox sadə, cəbhə bölgəsində, sadə insanlarla bir yerdə keçirib. Bu, dövlət başçımızın dəbdəbədən uzaq, hər zaman sadə insanların yanında olduğunun bariz nümunəsidir. Bu formada keçirilməsi gənclər üçün nümunədir, stimul verir. Məhz elə bu səbəbdən də biz təşkilatın 9-cu ildönümü bu formada etməyi planlaşdırırıq.”
“İRƏLİ” İctimai Birliyinin 9-cu il dönümü münasibəti ilə birliyin sədri MirHəsən Seyidov, “İRƏLİ” komandası və 100-dən çox üzvün Aprel şəhidləri kompleksi, Şəhidlər Xiyabanına getməsi, Cocuq mərcanlıya ekskursiya edərək yeni tikili məktəb və mədrəsənin hazırki vəziyyəti ilə tanış olması planlaşdırılıb. Daha sonra Cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilməsi, fərqlənən gənclərə diplom və hədiyyələr verilməsi və əsgərlər üçün əyləncə proqramı təşkil olunması nəzərdə tutulub.
“İRƏLİ” İctimai Birliyi ənənəni davam etdirərək, təşkilatın ad günü tortunu hərbi hissədə vətəninin keşiyində duran əsgərlərlə birlikdə kəsəcək.
“İrəli” İctimai Birliyi 2005-ci ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaradılıb. 24 Dekabr 2008-ci ildə isə “İRƏLİ” İctimai Birliyi təsis olunub.
Qeyd edək ki, 25 dekabr 2017-ci il tarixində ictimaiyyət üçün açıq hesabat konfransı baş tutacaqdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info