Əsgərlərə bayram sovqatı verilib
Tarix: 22.12.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Veysəloğlu Şirkətlər Qrupu və Yeni Azərbaycan Partiyası (YAP) Nizami, Nəsimi və Nərimanov rayonu təşkilatlarının birgə təşəbbüsü ilə qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eləcə də yeni il bayramı öncəsi Tərtər rayonundakı “N” saylı hərbi hissədə olub, əsgər və zabitlərlə görüş keçiriblər. Əvvəlcə qonaqlar cəbhəyanı və cəbhədə xidmət göstərən əsgərlərimizin məişət şəraiti ilə maraqlanıb, hərbi hissədə əsgərlər üçün yataqxana və yeməkxanada yaradılmış şaraiti qonaqlara əyani olaraq tanış olublar.
Qeyd edək ki, görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram təbriklərini çatdırıblar.
Görüşdə Bakının orta məktəblərində təhsil alan şagirdlərin ürək sözlərinin əks olunduğu məktublar əsgərlərə paylanılıb. Əsgərlər aldıqları məktubu yerindəcə oxuyaraq, böyük qürur hissi keçirdiklərini və ruhlandıqlarını bildiriblər.
Sonda Veysəloğlu Şirkətlər Qrupunun əsgərlər üçün göndərilən bayram sovqatı onlara təqdim olunub, qarşıdan gələn bayramları təbrik edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info