Sabirabad Sənaye Məhəlləsində İranla birgə avtobus istehsal edilə bilər
Tarix: 23.12.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşüb. Azərbaycan-İran iqtisadi əlaqələrinə, əməkdaşlıq perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə, eləcə də iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, son 4 ildə yüksək səviyyəli 10 görüş keçirilib, müxtəlif tərkibli nümayəndə heyətlərinin 100-dən çox qarşılıqlı səfəri həyata keçirilib, 40-dan çox sənəd imzalanıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 3 iclası keçirilib. Yaxın zamanlarda Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev qeyd edib ki, ticarət dövriyyəsi 2016-cı ildə 70%, 2017-ci ilin yanvar-sentyabr aylarında isə 33% artıb. Azərbaycan və İran investisiya qoyuluşu sahəsində də əməkdaşlıq edir, Azərbaycanda İran şirkətləri uğurla fəaliyyət göstərir. Ölkələrimizin “Şimal-Cənub” nəqliyyat dəhlizi, Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodu, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu, energetika sahəsində “Xudafərin/Qız Qalası” hidroqovşaqları kimi layihələr çərçivəsində əməkdaşlıq etdiyini bildirən nazir Şahin Mustafayev bu layihələrin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, avtomobil istehsalı və əczaçılıq zavodlarının tikintisi sahəsində işlər davam etdirilir. Azərbaycanın Ələt limanı ilə İranın Ənzəli və Əmirabad limanları arasında əməkdaşlığın genişləndirilməsi ölkələrimiz arasında nəqliyyat və tranzit sahələrində əlaqələrin inkişafı baxımından önəmlidir. Sabirabad Sənaye Məhəlləsində avtobus, Hacıqabul Sənaye Məhəlləsində isə birgə kənd təsərrüfatı texnikasının istehsalı üçün imkanlar genişdir. Mahmud Vaezi səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İran nümayəndə heyətini qəbul etməsindən məmnunluğunu bildirib, son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb. Kənd təsərrüfatı, sənaye, bankçılıq, neft-qaz sahələrində əməkdaşlıq imkanlarını qeyd edən Mahmud Vaezi bildirib ki, ölkələrimiz arasında birgə layihələr olan avtomobil istehsalı və əczaçılıq zavodlarının tikintisi sahəsində görülən işlər sürətləndirilməlidir.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info