Bu il ölkənin xarici siyasətində ən mühüm hadisələrdən biri Prezidentin Brüsselə səfəri idi
Tarix: 23.12.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


"Hazırda dünyada müəyyən maraqlar uğrunda mübarizə dövlətləri çətin vəziyyətdə qoyur".
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.
O bildirib ki, bu, kiçik dövlətlərin qarşılarına qoyduğu məqsədi həyata keçirməsinə çətinlik yaradır: "Buna baxmayaraq, 2017-ci il Azərbaycan üçün ən uğurlu illərdən olub. Bu il prezident tərəfindən Azərbaycanda "İslam həmrəyliyi ili" elan edilmişdi. İslam həmrəyliyi və sivilizasiyalararası dialoq bir-birinə bağlıdır. Azərbaycan tərəfindən bu istiqamətdə bir sıra addımlar atılıb. Konfranslar, seminarlar, forumlar keçirilib. Dünyadan yüksək səviyyəli nümayəndələr bu tədbirlərdə iştirak ediblər. Bu onunla bağlıdır ki, Azərbaycanın daxilində digər məsələlər həllini tapıb və bu, imkan verib ki Azərbaycan bu kimi məsələlərə öz töhfəsini versin. Bu, beynəlxalq münasibətlərdə sabitliyə, təhlükəsizliyə töhfə vermək üçün nümunədir"
N. Məmmədov 2017-ci ilin ən böyük hadisələrindən biri kimi Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışını qeyd edib: "Bu, Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolunun mühüm tərkib hissəsi, Azərbaycan üçün beynəlxalq əməkdaşlığa yol açan, sabitlik və təhlükəsizliyə qarantiya verən layihədir. Fəxrlə deyə bilərəm ki, Azərbaycan bu layihəni yerinə yetirdi. Biz bunun nə dərəcədə əhəmiyyətli olduğunu, Azərbaycana, regiona və beynəlxalq əməkdaşlığa hansı töhfələri verəcəyini görəcəyik".
N. Məmmədov bu il ərzində ölkənin xarici siyasətində ən mühüm hadisələrdən biri kimi Azərbaycan prezidentinin Brüsselə səfərini vurğulayıb: "Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlıq sənədinin hazırlanmasına start verildi və müəyyən müddəalarla bağlı razılaşma əldə edildi. Bu, çox böyük hadisədir".




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Tural Gəncəliyev: “Biz danışıqlardan daha konkret nəticələr gözləyirik”
18.01.2019
Sevinc Fətəliyeva: Azərbaycanla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
18.01.2019
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
18.01.2019
Şimali Kiprin dövlət televiziyasında 20 Yanvar hadisələrindən danışılıb
18.01.2019
Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info