“Dağlıq Qarabağ münaqişəsi ilə müqayisədə, Dnestryanı problemini həll etmək daha asandır”
Tarix: 24.12.2017 | Saat: 14:03:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ və Dnestryanı münaqişələrini müqayisə etdikdə, Moldovanın bəxti daha çox gətirib, çünki Dnestryanı problemini həll etmək daha asandır”. Bu barədə, Moldova prezidenti İqor Dodon 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandırarkən deyib.
Separatçılığın yayılmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin mümkün addımlarına dair sualını cavablandıran İ.Dodon, Dnestryanı probleminin həllinə yalnız Qərb-Moskva münasibətlərinin yaxşılaşmasından sonra nail olacağını hesab etdiyini bildirib.
“Mən ümid edirəm ki, postsovet məkanında həll olunmamış bütün məsələlər dinc yolla həllini tapacaq. Hər kəsin öz həqiqəti var. Biz hamımız gələcəyə baxmalıyıq, bütün bu vəziyyətlərdən çıxış yollarını taparaq, birlikdə irəliləməliyik. Bu münaqişə ilə (Dağlıq Qarabağ münaqişəsi-red.) müqayisədə, Moldovanın bəxti daha çox gətirib, çünki bizim problemi (Dnestryanı problemini – red.) həll etmək daha asandır.
Hesab edirəm ki, Qərb-Moskva münasibətləri yaxşılaşdıqdan sonra bu problemi bütün postsovet məkanında məhz Moldovada çox asan həll etmək mümkün olacaq. Həmin həll variantı başqaları üçün mürəkkəb vəziyyətlərdə nümunə ola bilər”, - deyə İ.Dodon qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info