Ukrayna jurnalında Azərbaycan Prezidentinin fəaliyyəti barədə məqalə dərc olunub
Tarix: 24.12.2017 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Ukraynanın tanınmış “Diplomat” jurnalında AzərTAC-ın Ukrayna, Belarus, Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinə həsr olunan “İşıqlı gələcəyə aparan yol” sərlövhəli məqaləsi dərc edilib
APA-nın məlumatına görə, Ukrayna və ingilis dillərində dərc olunan məqalədə dövlətimizin başçısının Azərbaycanın milli maraqlarına xidmət edən xarici siyasəti barədə geniş məlumat verilib.
Müəllif məqaləsində yazır: “Dünyada yaranan yeni münaqişə ocaqları, beynəlxalq qanunların təməl prinsiplərinin pozulması, ikili siyasət və digər bu kimi amillər hər bir dövlət başçısından daha praqmatik, uzaqgörən siyasət yürütməyi tələb edir. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət ölkəmizi beynəlxalq aləmdə söz sahibinə çevirib. Azərbaycan bütün ölkələrlə münasibəti mehriban qonşuluq və səmimi tərəfdaşlıq üzərində qurub, bu əməkdaşlığa daim sədaqətini nümayiş etdirir”.
Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyevin rəhbər tutduğu ideya və prinsiplər yürüdülən xarici siyasətin xalqımızın milli maraqlarına uyğun olduğunu göstərir və bu siyasətin uğurunu şərtləndirir.
“Daha dəqiq ifadə etsək, İlham Əliyev prezidentliyi dövründə uğurlu xarici siyasətin Azərbaycan modelini yaradıb. Sözsüz ki, xarici siyasətin uğuru daxili siyasətdə əldə olunan nəticədən asılıdır. Azərbaycan Prezidenti ilə xalq arasında birlik olmasa, xalq öz rəhbərinə etimad göstərməsə, ictimai-siyasi sabitlik hökm sürməsə hər hansı uğurdan danışmaq mümkün deyil. Xalq-hakimiyyət birliyi Azərbaycanda qazanılan uğurların təminatıdır. Bu gün Azərbaycanın strateji düşüncəli, uzaqgörən, qətiyyətli lideri, güclü düşünən beyinləri var. Prezident İlham Əliyev Azərbaycan dövlətinin inkişafı, xalqının milli maraqları naminə çevik, praqmatik qərarlar qəbul edir. Azərbaycan xalqı bu işıqlı yolu çoxdan seçib”, - deyə müəllif yazısında vurğulayır.




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən “Falcons Summit” sammiti keçirilir
24.04.2019
KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib
24.04.2019
“Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçiriləcək
23.04.2019
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23.04.2019
Gürsel Baran: “Türkiyə-Azərbaycan ticarət həcmini 5 milyard dollara çatdırmağı planlaşdırırıq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info