Tovuzda avtomobil yolunun açılışı olub
Tarix: 25.12.2017 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Tovuz rayonunun beş yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun açılışı olub.
AZƏRTAC–ın bölgə müxbiri xəbər verir ki, Tovuz-Əlibəyli, Əlibəyli-Hacallı və Yuxarı Öysüzlü-Ağdam avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Ümumilikdə, 15 min 600 sakinin yaşadığı beş yaşayış məntəqəsinin 13 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub.
Avtomobil yollarının açılışı mərasimində Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov çıxış edərək, son illər rayonda aparılan abadlıq-quruculuq işlərindən danışıb. Bildirib ki, bu istiqamətdə işlər gələn ildə də davam etdiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev kənd sakinlərinə xoş arzularını bildirib. Qeyd edib ki, yeni yolun istifadəyə verilməsi dövlətin vətəndaşlara olan diqqət və qayğısının bariz nümunəsidir. Vurğulanıb ki, Ağdam kəndinə gedən avtomobil yolu üzərindəki ikiaşırımlı körpünün inşası da artıq başa çatdırılıb.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info