Bakı və Sumqayıtda yarmarkalar açılacaq
Tarix: 25.12.2017 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıtda kənd təsərrüfatı məhsulları yarmarkaları açılacaq.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Bakı və Sumqayıt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədilə dekabrın 28-dən 31-dək fasiləsiz olaraq kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları keçiriləcək.
Yarmarkalar paytaxtın Xətai (Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı), Nərimanov (Keşlə bazarının ərazisi), Səbail (Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası), Suraxanı (Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin yanı) və Binəqədi rayonlarında (Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı), həmçinin Sumqayıt şəhərində (12-ci mikrorayon və köhnə avtovağzalın yanı) təşkil olunacaq.
Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunacaq və satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin ediləcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azeri Light”ın bir barreli 67,81 dollara satılır
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info