Yeni neft boru kəmərini tikəcək şirkətlər axtarılır
Tarix: 25.12.2017 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


İraq Kərkükdən Türkiyənin Ceyhan limanına qədər uzanacaq yeni neft boru kəmərinin inşası üçün şirkətləri tenderdə iştiraka dəvət edir.
AZƏRTAC xəbər verir ki, İraqın “Oil Projects Company” dövlət neft şirkəti 350 kilometr uzunluğunda olacaq yeni neft boru kəmərinin gündəlik 1 milyon barrel neft nəql edilə biləcəyini açıqlayıb. Neft boru kəmərinin inşasında maraqlı olan şirkətlər yanvarın 24-dək İraq tərəfinə müraciət etməlidirlər.
Hələlik biznes planı açıqlanmayan layihə tik-idarə et-geri qaytar şəklində həyata keçiriləcək.
Qeyd edək ki, Kərkükdən Ceyhana uzanan mövcud neft boru kəmərinin sutkalıq gücü 1,4 milyon barrelə çatır. Lakin, İŞİD-in hücumları səbəbindən 2014-cü ilin əvvəlindən bəri boru kəməri istifadə edilmir və təmir olunmur. Buna görə də, İraq bu xəttə paralel olaraq yeni boru kəməri inşa edəcək. Kərkük neftini Ceyhan limanına daşıyacaq bu boru kəməri Salahaddin vilayətindən başlayıb Kərkük və Mosulda keçməklə Duhokun Fişhabur bölgəsindən Türkiyəyə keçəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info