Əli Əhmədov: “Azərbaycan Milli inkişaf Strategiyasını Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmaq üçün ciddi addımlar atır”
Tarix: 25.12.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


“2015-ci ildə BMT tərəfindən “2030 Dayanıqlı İnkişaf Məqsədləri” adlı layihə hazırlanıb. Bu layihəyə qoşulan Azərbaycan qlobal layihənin qoyduğu ayrı-ayrı məqsəd və hədəflərə uyğun çox ciddi addımlar atır”.
Bunu Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, qlobal layihə 2030-cu ilə qədər dünyada iqtisadi, sosial cəhətdən və ətraf mühit baxımından köklü dəyişiklikləri nəzərdə tutur. Ə. Əhmədov qeyd edib ki, qarşıdakı 15 il ərzində qlobal layihə çərçivəsində istər inkişaf etməkdə olan, istərsə də inkişaf etmiş dövlətlər üçün çox ciddi pozitiv dəyişikliklər nəzərdə tutulur: “Qlobal layihə iqtisadi cəhətdən geridə qalmış ölkələrin inkişaf etdirilməsi, bütün dövlətlərdə əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, bir sözlə ümumi mənzərənin dəyişdirilməsi məqsədi qoyur. Dayanıqlı İnkişaf Məqsədlərində bəşəriyyət üçün ekoloji tarazlığın təmin edilməsi, dünya xalqlarının daha yaxşı yaşaması üçün əlverişli mühitinin yaradılması, gender bərabərliyinin, insan hüquqlarının daha yüksək səviyyədə təmin edilməsi nəzərdə tutulub. Başqa sözlə, indi dünyada daha qlobal genişmiqyaslı proqramın həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlərə qoşulan Azərbaycan layihə çərçivəsində bəzi öhdəliklər götürüb. Ölkəmiz qlobal layihənin ayrı-ayrı hədəf və məqsədləri üzrə ciddi addımlar həyata keçirir. Bilirsiniz ki, layihədə 17 əsas məqsəd və bunlara uyğun olaraq 169 hədəf müəyyən edilib. Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində bütün ölkələr ayrı-ayrı sahələrdə, eləcə də ekoloji tarazlığın həyata keçirilməsində həyata keçirdikləri milli strategiyanı qlobal layihəyə uyğunlaşdıracaq. Bununla həm milli inkişafa, həm də dünya transformasiyası məqsədinə nail olunacaq. Azərbaycan öz üzərinə çox ciddi vəzifələr götürüb və bu istiqamətdə çox ciddi addımlar atılır. Azərbaycanın bu qlobal layihəyə ciddi yanaşmasını təsisatlanma sahəsində atdığı addımın özünə məxsusluğu bir daha göstərir. Azərbaycan yeganə ölkədir ki, qlobal layihə çərçivəsində xüsusi Milli Şura yaradıb. İkincisi, yüksək statuslu dövlət məmurlarını bu Şuraya cəlb edib. Azərbaycanın bu təcrübəsi diqqətlə qarşılanır”.
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti layihə çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə həssas yanaşır: “Qlobal layihə çərçivəsində könüllü milli hesabat iyulun 19-da BMT-yə təqdim edilib və maraqla qarşılanıb. İndinin özündə də Milli İnkişaf Strategiyasının ayrı-ayrı göstəricilərinin dayanıqlı inkişaf məqsədlərə hədəflərə uyğunlaşdırılması istiqamətində çox ciddi işlər aparılır. Bütün dövlət strukturlarına bu hədəflər çatdırılıb. Artıq uyğunlaşdırma prosesi həyata keçirilir. Bu, xeyli zaman aparılacaq. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş öhdəlikləri ləyaqətlə yerinə yetirir, bundan sonra da ölkəmiz məqsəd və hədəflərə çatmaq üçün müvafiq tədbirlər görəcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info