Bakıda yeni nümayəndəlik açılıb
Tarix: 25.12.2017 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Dekabrın 25-də Bakıda "Ağ Şəhər" Biznes Mərkəzində Rusiya İxrac Mərkəzinin (RİM) nümayəndəliyi açılıb.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olduğunu qeyd edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiya ilə bütün sahələrdə əlaqələrimizin dinamik inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Ticarət dövriyyəmiz və investisiyalarımız artır.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin RİM-in Azərbaycandakı nümayəndəliyinin Rusiya ixracatçılarına maliyyə və xidmətlərin yerli bazara çıxarılmasında biznes missiyasının təşkili ilə yanaşı, maliyyə dəstəyi üzrə tədbirlərə də hərtərəfli dəstək göstərəcəyini deyib.
RİM Qrupunun başçısı Pyotr Fradkov qeyd edib ki, Azərbaycanda RİM-in nümayəndəliyinin açılması ölkələrimiz arasında əmtəə dövriyyəsinə kömək edən əlavə güclü vasitə olmaqla yanaşı, Rusiyanın qeyri-neft məhsulları ixracatçıları arasında maraq göstərə biləcək şirkətlərin Azərbaycan bazarına daxil olmasına yeni təkan verəcək. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcək ki, bu da hər iki ölkənin xarici iqtisadi siyasətinin ən mühüm prioritetlərinə cavab verir.
Qeyd edək ki, RİM-in Bakıdakı ofisi Qrupun xarici ölkələrdə açılan nümayəndəliklərinin ümumi siyahısında İran, Qazaxıstan, Tacikistan və Vyetnamdan sonra beşincidir. RİM ixraca dəstək üçün Rusiya hökumətinin dəstəyi ilə yaradılmış dövlət müəssisəsidir. Mərkəz maliyyə və qeyri-maliyyə dəstəyi, o cümlədən ixtisaslaşmış nazirlik və idarələr ilə qarşılıqlı fəaliyyət sahəsində ixracatçılarla iş üzrə "Bir pəncərə" funksiyasını yerinə yetirir.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23.08.2019
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23.08.2019
Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub
23.08.2019
“Azeri Light”ın bir barreli 63,12 dollara satılır
22.08.2019
Azərbaycanlı gənc BMT sammitində iştirak üçün `“Yaşıl bilet“ qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info