Milli Məclisdə xüsusi qrup yaradılasını təklif edilib
Tarix: 25.12.2017 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


“BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Azərbaycan Milli Məclisində xüsusi qrup yaradıla bilər”. Bu təkliflə Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri,  baş nazirin müavini Əli Əhmədov çıxış edib.
Onun sözlərinə görə, parlamentdə xüsusi qrup yaradılsa, bu təsisatlanma istiqamətində daha bir addım ola bilər: “Eyni zamanda, parlamentin nəzdində yaradılacaq qurum qəbul ediləcək qanunların Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olması işinə öz töhfəsini verə bilər. Parlamentdə yaradılan qurum Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və digər qurumlarla əməkdaşlıq edə bilər”. 
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan 231 statistik göstərici üzrə BMT-yə hesabat təqdim edəcək: “Bizdə statistik göstəricilərin sayı 76-dan 130-a qədər artırılıb. Digər dövlətlərdə bu göstəricilər azdır. Statistik göstəricilərin sayının 231-ə çatdırılması ilə bağlı Dövlət Statistika Komitəsi işləyir”.
Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov isə bildirib ki, bu təklif Milli Məclisin sədri Oqtay Əsədova çatdırılacaq. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info