Gənc tədqiqatçılar üçün “Azərbaycam Cümhuriyyəti-100” adlı müsabiqə
Tarix: 25.12.2017 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


“İçərişəhər” Dövlət Tarix-memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli ELmlər Akademiyası ADR—in 100 ilik yubiley tədbirləri çərçivəsində “Azərbaycam Cümhuriyyəti-100” adlı müsabiqə elan edib.
Qeyd edək ki, gələn il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bununla bağlı Prezident 16 may 2017-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb. Qurumdan veriələn məlumata görə, müsabiqəni təşkil etməkdə məqsəd sərəncamdan irəli gələn bir çox layihələri icra etməklə yanaşı, gənclərə cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, onların arasında maariflənmə işini gücləndirmək, elmi potensialı olan gəncləri bu mövzuda yeni araşdırmalara cəlb etməkdir. Müsabiqədə 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.
Müsabiqənin şərtləri: Müsabiqəyə qədər heç yerdə dərc edilməyən məqalələr qəbul edilir. İşlərin məzmununa dair əsas tələblər: tarixi faktlar və etibarlı mənbələrdən istifadə, orijinallıq, plagiat elementlərinin olmaması, elmi yenilik, mövzunun əhatə olunması, fərdi yanaşma, materialın oxucu üçün məlumatlılıq səviyyəsi, dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi. Məqalələr Times New Roman şrifti ilə, ölçü 14, sətirarası interval 1,5, simvol sayı 25000-30000 (A4 formatda 10-12 səhifə) olmaqla qəbul edilir. Materiallar Azərbaycan, türk, rus və ingilis dillərində təqdim edilə bilər. Təqdim olunacaq məqalələr elektron formada 01 mart 2018-ci il tarixədək musabiqe@icherisheher.gov.azünvanına göndərilməlidir. Məqalə ilə birlikdə iştirakçının özü haqqında aşağıdakı məlumatlar da göndərilməlidir: pasport məlumatları (soyadı, adı, atasının adı, təvəllüdü, qeydiyyat ünvanı) təmsil etdiyi ali məktəbin və ya elm müəssisəsinin adı, ünvanı, vəzifəsi, fakültənin, kafedranın, şöbənin adı və s. Elektron poçt ünvanı, əlaqə telefonları. Mükafatlar: I yer – 1000 AZN, II yer – 500 AZN, III yer– 300 AZN, IV yer – 200 AZN.
Məqalələr münsiflərə imzasız təqdim ediləcək. Ən yaxşı məqalələrin müəllifləri 2018-ci ilin may ayında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin inzibati binasında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbirdə mükafatlandırılacaq. Müsabiqəyə göndərilən məqbul məqalələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Elmi araşdırmalar” toplusunda dərc olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info