Şirvan RETSİ: “10 ay ərzində texnoloji itkinin səviyyəsi 10%-ə salınıb”
Tarix: 25.12.2017 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi(ŞRETSİ) tərəfindən 2017-ci il ərzində bir sıra işlər görülüb ki, mətbuat üçün açıqlanan bu tədbirlər sözügedən sahədə ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırılmasına daha da dəstək olub.
“Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin bununla bağlı yaydığı xəbərdə deyilir: “Məlum olduğu kimi Prezidentin 10 fevral 2015-ci il tarixli, 1045 saylı sərancamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq” ASC yaradıldı. “Azərişıq” ASC yarandığı ilk gündən etibarən üzərinə çox ciddi və məsuliyyətli missiya götürüb. Bu missiya istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirmək, yəni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı zəruri tədbirləri yerinə yetirmək, ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaqdır.
“Azərişıq” ASC Sədrinin İ-17/0043 saylı, 13.01.2017-ci il tarixli əmrinin icrasının təmin edilməsi məqsədi ilə şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, qeydiyyatsız və sayğacsız enerjidən istifadə hallarının, israfçılığın qarşısının alınması, həmçinin elektrik enerjisinin realizasiyasının tam həyata keçirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilir. Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi 6 (Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı) rayonun enerji təchizatını həyata keçirir. Şirvan RETSİ ümumilikdə 145687 abonentə xidmət edir ki, bunlardan 132850 əhali, 361 qaçqın və məcburi köçkün, 12476 abonent isə qeyri əhali sektoruna aiddir. Abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün region ərazisində bir çox yenidənqurma işləri aparılıb və aparılmaqdadır. Belə ki, “Azərişıq” ASC yaranan dövrdən həm cəmiyyətin daxili imkanları və həm də Asiya İnkişaf Bankının kreditləşmələri hesabına infrastrukturun yaxşılaşdırılması məqsədilə 3 ədəd 110 kV-luq, 10 ədəd 35 kV-luq yarımstansiya tikilib və yenidən qurulub. 101,1 km 110 kV-luq hava xətti, 51,5 km 35 kV-luq hava xətti, 105,2 km 6/10 kV-luq hava xətti təmir edilmiş və ya yenidən qurulub. 426 ədəd 110 kV-luq dayaq, 273 ədəd 35 kV-luq dayaq, 1985 ədəd 6/10 kV-luq dayaq basdırılıb. Bundan əlavə 221,2 km 0,4 kV-luq şəbəkə yenidən qurulub, 4641 ədəd 0,4 kV-luq dayaq basdırılıb. O cümlədən 95,7 km özünü daşıyan izolyasiyalı naqil (ÖİN) çəkilib. Müxtəlif güclü 78 ədəd yeni müasir tipli komplekt transformator məntəqəsi (KTM) quraşdırılaraq abonentlərin enerji təchizatı yaxşılaşdırılıb. Elektrik enerji təchizatında kənar müdaxilələrin və texniki itkilərin qarşısını almaq məqsədilə Hacıqabul Elektrik Şəbəkəsinin Navahı, Rəncbər, Qubalı, Meyniman, Abdulabad, Padar, Udulu kəndlərində. Salyan EŞ-nin Xıdırlı, Qaraçala, Kürsəngi kəndlərində. Neftçala EŞ-in Surra, Həsənabad, Qədimkənd, Xıllı kəndlərində. Sabirabad EŞ-in Cavad, Əlcanlı, Qəzli, Azadakənd, Axtaçı kəndlərində. Saatlı EŞ-in Günəşli, Fətəlikənd, Əlisoltanlı, Qarayevkənd kəndlərində yenidənqurma işləri aparılır. Ümumilikdə Şirvan RETSİ üzrə 13976 ədəd sayğac quraşdırılıb ki, bunlardan 1097 ədəd yeni abonentlərə quraşdırılıb sayğaclardır və 12879 ədəd sayğac isə yenisi ilə əvəz olunub.
2017-ci ilin 10 ayı ərzində bütün istehlakçı qruplar üzrə ötürülmüş enerjinin dəyərinin yığımı 84%, əhali sektoru üzrə 98,4% təşkil edib. Aparılmış tədbirlər nəticəsində 10 ay ərzində texnoloji itkinin səviyyəsi 10%-ə salınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info