Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaşıllaşdırma aksiyası keçirib
Tarix: 25.12.2017 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin payız-qış mövsümündə həyata keçirdiyi tədbirlərdən biri də tabeliyindəki avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıq zolaqlarının salınmasıdır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Bu məqsədlə agentliyin tabeliyindəki Yol Yaşıllaşdırma MMC-lərinin kollektivləri tərəfindən davamlı şəkildə ağacəkmə aksiyası keçirilir.Məlumata görə, bu dəfə aksiya Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında keçirilib. Bir gündə yol kənarlarına 5000 ədəd Eldar şamı, zeytun ağacı, 2000 ədəd isə oleandra və sezalpin kol bitkisi, Bakı Dairəvi I yolunun kənarında isə 1000 ədəd Eldar şamı, 300 ədəd isə həmişəyaşıl kol bitkisi əkilib.Ağacəkmə aksiyası respublika əhəmiyyətli avtomobil yollarının da mühafizə zolaqlarında keçirilib.Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsinin, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil mühafizə zolaqlarına 45 min ədəd Eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclara üzvi gübrə veriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info