Özbəkistanın tanınmış simalarına AMEA-nın mükafatları təqdim olunub
Tarix: 25.12.2017 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 2017-ci ilin yekunları ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət xadimləri, şair və yazıçılar, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, yerli azərbaycanlılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ötən müddət ərzində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən işlər, layihələr barədə məlumat vermiş, Daşkənd və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti həftəsi” keçirildiyini, Özbəkistanın Elmlər Akademiyasının Tarix Muzeyində “Azərbaycan Qafqazın dürdanəsi” adlı pavilyonun açıldığını, iki ölkə arasında dostluğun təbliği istiqamətində çoxsaylı tədbirlər, nəşrlərin reallaşdırıldığını söylədi. O, Özbəkistanda Azərbaycan-Özbəkistan dostluğunu elmi-ədəbi əlaqələri fəal təbliğ edən Özbək ədəbiyyatının bir sıra tanınmış simalarının əməyinin Azərbaycan dövləti tərəfindən qiymətləndirildiyini və onların mükafata layiq görüldüyünü qeyd ettdi.
Samir Abbasov Azərbaycan-Özbəkistan arasında elmi-ədəbi əlaqələrin inkişafında və təbliğində xüsusi xidmətləri olan bir sıra Özbək şair, yazıçı, Azərbaycan ədəbiyyatından Özbək ədəbiyyatına çoxsaylı tərcümələr edən tanınmış ədəbiyyat nümayəndələrinə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanlarını təqdim etdi.
Qeyd edək ki, onların arasında şair və tərcüməçi, Azərbaycan ədəbiyyatından Özbək dilinə çoxsaylı tərcümələrin etmiş Osman Qoçqar (ölümündən sonra), Özbəkistanın “Kitob dunyosi” qəzetinin baş redaktoru Xasiyət Rüstəm, ədəbiyyatşünas-tərcüməçilər Babaxan Şərifov, Şəhla Qasımova, Rüstəm Cabbarov, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sini ilk dəfə olaraq özbək dilinə tərcümə edən şair Olimcan Buriyev, elmi araşdırmaçı Sırdərya Utanova və başqaları xüsusi mükafata layiq görülüb.
Mükafatlandırılanlar Azərbaycan dövlətinin bu diqqətini xüsusi qiymətləndirərək, öz təşəkkürlərini bildirdilər.
Daha sonra Azərbaycan-Özbəkistan dostluğuna dair Mıədəniyyət Mərkəzi tərəfindən hazırlanmış xüsusi klip və videomaterial nümayiş etdirilib.
Mərasim konsert proqramı ilə davam edib. Özbək sənətçiləri bir sıra Azərbaycan və Özbək musiqilərini ifa ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb
19.04.2019
“Qanın milliyyəti yoxdur”
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info