Səbail rayonunda daha bir yeni kitab çap olunub
Tarix: 25.12.2017 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Öz ənənələrinə sadiq qalan paytaxtın mədəni və intellektual rayonu olan Səbail rayonunda daha bir yeni kitab geniş ictimaiyyətə təqdim olunub.
Səbail Rayon İcra Hakimiyyəti, YAP Səbail Rayon təşkilatı və Səbail Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə «İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə» adlı kitab hazırlanıb və kitab Prezident İlham Əliyevin ad günü ərəfəsində çıxıb.
Nəfis tərtibatlı, çoxsaylı foto şəkillərin daxil edildiyi kitabda keçən il dekabr ayının 24-də Səbail gənclərinin təşkil etdikləri «İlham Əliyev və Müasir Azərbaycan - gənclərin gözü ilə» mövzusunda dəyirmi masanın yekunlarına uyğun olaraq bu tədbir üçün rayonun müxtəlif sahələrində çalışan və ali məktəblərdə təhsil alan ölkədəki iqtisadi, siyasi, elm və mədəniyyət, idman və digər sahələrə həsr olunmuş 42 gənc tədqiqatçının elmi məqalələri toplanıb. “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru hüquq üzrə fəlsəfə doktoru Araz Qədiməliyevdir.
Dənizkənarı Milli Bulvardakı Beynəlxalq Muğam Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov bildirib ki, müasir dövrdə ölkədə görülən işlər, həyata keçirilən layihələr, əldə olunan nailiyyətlər, qazanılan uğurlara nəzər salsaq bu siyasətə rəhbərlik edən Prezident İlham Əliyevin bugünkü zamanda dünyada 1 nömrəli Azərbaycanlı olduğunu əminliklə bildirmək olar.
Prezident İlham Əliyev dünya siyasətçiləri arasında öz siyasəti və gördüyü işlərlə xüsusi olaraq seçilən dövlət rəhbəridir. Ona görə bu dahi insanın siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. O, Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyevin siyasi xətti hazırkı mürəkkəb dövrdə yeganə və alternativsiz siyasətdir və Azərbaycanımızın gələcək inkişaf və tərəqqisinə təminat verir. Ona görə də gənclər tərəfindən ölkə başçısının fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr olunan məqalələrinin toplandığı bu kitabın nəşri təqdirəlayiqdir.
Mərasimdə gələcəkdə də müxtəlif sahələrdə çalışan gənc tədqiqatçıların, ali məktəb tələbələrinin iştirakı ilə konfrans, dəyirmi masa, seminar və s. toplantıların keçirilməsi və nəticə olaraq yeni kitabların nəşri qərara alınıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info