31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Bakının 72 saylı məktəb-liseyində müxtəlif tədbirlər formasında qeyd olunur. Şagirdlər divar qəzetləri hazırlayır, müəllimlər sinif təşkilat saatlarını bu mövzuya həsr edirlər. Dekabrın 21-də məktəbdə məktəbin yuxarı sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “dəyirmi masa” təşkil olundu. Tədbirdə Azərbaycanın Tatarıstandakı diaspor rəhbəri, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının rəhbəri Sərraf Kərimov, Diaspor Jurnalistləri Birliyinin sədri, “Palitra” qəzetinin əməkdaşı Fuad Hüseynzadə, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, “Həmrəy” gənclər təşkilatı sədrinin müavini Elvin Babayev, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı, ictimai fəal Qoşqar Salmanlı, Diaspor Jurnalistləri Birliyinin baş katibi Səyavuş Əmirli tədbirdə qonaq kimi iştirak edirblər. Çox maraqlı keçən görüşdə qonaqlar dünyanın harasında yaşamalarından asılı olmayaraq onların vahid şəkildə formalaşması və həmrəy olması üçün dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışdılar. Görüş iştirakçıları Həmrəylik gününün yaranması tarixindən, bu sahədə ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, dünya azərbaycanlılarının birliyi haqqında ətraflı söhbət açdılar.
Tədbirdə Azərbaycanın tarixini, bu gününü özündə əks etdirən videoçarx nümayiş olundu. “Dəyirmi masa” da Alman Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi Altay Rüstəmli və Nigeriyada Azərbaycanın Dostları Təşkilatının sdəri Billurə Bayramova ilə “Skype” vasitəsilə canlı əlaqə yaradıldı. Xaricdə yaşayan həmyerlilərimiz Azərbaycanı xaricdə necə təmsil etdiklərindən danışdılar və şagirdlərin suallarını cavablandırdılar. Görüşün sonunda ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” tarixi fikri bir daha səsləndirildi. Sonda məktəbin direktoru Fərqanə Abbasova görüşdə iştiraklarına görə qonaqlara təşəkkür edib, tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.
Əkbər
|