BANM-in tələbəsi BP-nin keçirdiyi müsabiqədə qalib gəlib
Tarix: 25.12.2017 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) proseslərinin avtomatlaşdırılması mühəndisliyi ixtisasının beşinci kurs tələbəsi Aydan Əsədova BP şirkətinin həyata keçirdiyi təcrübə proqramının bütün dünya üzrə iştirakçıları arasında təşkil olunan müsabiqədə qalib gəlib. Müsabiqənin keçirilməsinin əsas məqsədi BP-nin bütün ölkələrdən olan proqram iştirakçılarının təcrübə müddətində fəaliyyətini əks etdirən şəkil və xatirələrini öz sosial şəbəkəsində paylaşması təşəbbüsü olub. Müsabiqənin nəticələrinə əsasən, BANM-in tələbəsi qalib seçilərək BP şirkəti tərəfindən yarışmanın baş mükafatı olan “GoPro” qazanıb.
A.Əsədovanın qalib olması barədə BP şirkəti özünün rəsmi saytında və “BP careers” rəsmi “Facebook” səhifəsində paylaşımlar edib.
Qeyd edək ki, təcrübə keçdiyi müddətdə A.Əsədova BP-nin AGT regionu üzrə “Technofest 2017” layihə təqdimatı yarışmasında da iştirak edərək 27 təcrübəçi arasında üçüncü yeri qazanıb və uğur sertifikatı ilə təltif olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir
23.05.2019
Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
23.05.2019
“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info