“Milli şura”nı yaratmaq istəyənlər onu nə üçün və hansı məqsədlə yaratdıqlarını bilmirlər”
Tarix: 21.05.2013 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Milli şura”nı yaratmaq istəyənlərin böyük əksəriyyəti, demək olar ki, hamısı bu günə qədər, onun nə üçün və hansı məqsədlə yaradıldığını aydın təsəvvür etmirlər”. Bu açıqlamanı Yaşıllar Partiyasının sədri, “Vətən” blokunun üzvü Mayis Gülalıyev verib. Onun sözlərinə görə, “milli şura”nın indiyə qədər konkret məqsədi və məramı bəlli deyil:
“Bu yaxınlarda “milli şura”nın təşəbbüsçülərindən biri olan Zəfər Quliyevlə danışığım oldu. Zəfər Quliyev “milli şura”nın məqsədini başqa şəkildə görür. O deyir ki, inqilab olarsa, Azərbaycanda hakimiyyət məsuliyyətini “milli şura” öz üzərinə götürməlidir və bu məqsədlə yaradılır. Gəlin baxaq - Azərbaycanda inqilabi vəziyyət vamı? Məgər Azərbaycanın Konstitusiyasında Azərbaycanda hər hansı hadisə baş verərsə, hakimiyyətin ötürülməsi məsələsi nəzərdə tutulmayıbmı? Bunlar hamısı var. Ona görə də “milli şura”nı yaratmaq istəyənlərin böyük əksəriyyəti, demək olar ki, hamısı bu günə qədər “milli şura”nın nə üçün və hansı məqsədlə yaradıldığını aydın təsəvvür etmirlər. Əgər inanmırsınızsa, Eldar Namazovdan “milli şura”nın hansı məqsədlə yaradıldığını soruşun”. M.Gülalıyev bildirib ki, “milli şura” adı altında hər hansı birlik formatının yaradılmasına ehtiyac yoxdur: “Milli şura” demokratik qüvvələrin birliyi kimi xarakterizə olunursa, nəyə görə adı “milli şura”dır? “İctimai Palata” var, orada da birləşmək olardı. Yəni “milli şura” adının seçilməsi nə üçün vacib idi? Proqramı, məramı, məqsədi fərqli olan partiyaları hansı məqsəd altında bir yerə toplamaq olar? Bu adi deyil, çox ciddi məsələdir”. Partiya sədri deyib ki, “milli şura”nın yaradılması ilə bağlı aparılan danışıqlar prosesinə “Vətən” bloku dəvət olunmayıb: “Sözdə deyirlər ki, demokratik qüvvələri birləşdiririk. Demək, iki partiya orada təmsil olunacaqsa, demokratik qüvvələr onlar olacaq? Digərləri demokrat sayılmayacaq? Kim o ölçü vahidini müəyyən edib? Ona görə də bizə dəvət gəlməyib. Çünki bilirlər ki, dəvət gəlsə, biz bu sualların cavabını onlardan soruşacağıq. Biz konkret siyasi mübarizə ilə, sosial qruplarla ayrı-ayrılıqda işləməklə məşğuluq. Yəni məqsədimiz hakimiyyət uğrunda mübarizə aparıb, cəmiyyətdə qarışıqlıq salmaq deyil. Məqsədimiz konkret problemləri həll etməkdir”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info