“Peşə Profilinin Müəyyənləşdirilməsi” layihəsi uğurla yekunlaşıb
Tarix: 25.12.2017 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə Ərəstun Mahmudov adına 220 saylı məktəb-lisey tərəfindən təqdim olunmuş “Peşə Profilinin Müəyyənləşdirilməsi” layihəsi icrasını uğurla yekunlaşdırdı. Bu haqda məktəbdən redaksiyamıza məlumat verilib.
Layihənin məqsədi məktəblilərin müasir metodika, psixoloji diaqnostika və texnikalarla bilik və bacarıqlarının öyrənilməsi və düzgün istiqamət göstərilərək yuxarı sinif şagirdlərinə dərk edilmiş şəkildə peşə seçimini etməyə kömək etmək, peşə seçimini etmək üçün psixoloji hazırlıq üçün şərait yaratmaq, öz gələcəyi, peşəkar karyerasını planlaşdırmaq üçün səriştələrin verilməsidir. Layihə məktəblilərin gələcək peşə seçimi istiqamətində yeni ənənənin əsasını qoyacaq.
Layihə Bakı şəhəri üzrə 15 orta məktəbi və ümumilikdə 1500 nəfərdən çox şagirdi əhatə etdi. Layihəyə cəlb olunmuş 220 №-li məktəb-lisey, 240, 245, 247, 283, 29, 291, 60, 67, 95 №-li tam orta məktəblər, 246, 62 və 72 №-li məktəb-liseylər, Akademik Zərifə Əliyeva adına Lisey, Heydər Əliyev adına Təhsil Kompleksində layihə çərçivəsində psixoloji test imtahanı və müşahidə oyunları keçirildi. Nəticədə 1500 şagirdə gələcək peşə seçimində onlara istiqamət verəcək profil verildi.
Layihə cari ilin 22 sentyabr-22 dekabr tarixlərini əhatə edirdi.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info