“Milli şura”nın bizə aidiyyəti yoxdur”
Tarix: 21.05.2013 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Radikal müxalifət nümayəndələrindən “milli şura” ilə bağlı verilən bəyanatlar artmaqdadır. Hər nə qədər Eldar Namazov onun 28 mayda elan ediləcəyi haqqında fikirlər səsləndirsə də, bu yalnız Rüstəm İbrahimbəyovun xülyası olaraq qalmaqdadır. Çünki müxalifət düşərgəsində bu adama və onun ətrafındakılara inam yoxdur.
Eyni zamanda AXCP nümayəndəsi İbrahim İbrahimli də “İctimai Palata”nın 75 bölgə nümayəndəliyinin olduğunu bildirib. Əgər “İP” bu qədər təşkilata malik idisə, bəs onda “milli şuraya” nə ehtiyac vardı? Bu məqam bir daha radikal müxalifət düşərgəsində parçalanmanın getdiyindən xəbər verir. Eyni zamanda “milli şura” ideyasını ortaya atanlar onu Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən “milli şura”nın varisi kimi göstərmək istəyir, “ərəb baharı” ölkələrində olan “milli şura”lardan ruhlanaraq özlərini dünyaya demokratik dəyişikliklər edən qüvvələr kimi təqdim etmək istəyirlər. Bununla bərabər İbrahimbəyovun müxalifəti birləşdirmək cəhdləri düşərgədəki partiyaların əksəriyyəti tərəfindən səmimi qəbul edilmir. Ona görə “milli şura” ideyasını dəstəkləyənlər çox azdır. Bunu Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun ölkə mətbuatına verdiyi son açıqlama da təsdiq edir. O, heç bir halda rəhbərlik etdiyi partiyanın “milli şura”da təmsil olunmayacağını bildirib. “Milli şura”ya tarixi don geyindirmək cəhdlərinə də toxunan M.Mirəlioğlu məsələyə münasibətini belə bildirib: “Bəziləri “milli şura”nı müxalifətin birlik formatı kimi təqdim və təbliğ edir. Ancaq yaradılmasına cəhd edilən bu qurumun, adından irəli gələn tarixi ənənələrə bağlılığı yoxdur”. M. Mirəlioğlu həmçinin müxalifətin birliyinə yönələn cəhdlərin hələ davam etdiyini və bunun mövcud “milli şura” formatına aidiyyəti olmadığını vurğulayıb. Digər bir maraqlı məqam isə Rüstəm İbrahimbəyovun son dövrlərdə fəallaşması ilə bağlıdır. Maraqlı bir sual ortaya çıxır. Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində Azərbaycan üçün çox kritik olan zamanda İbrahimbəyov bütün hadisələrdən kənarda durmuşdu. Halbuki o zaman Azərbaycanın ziyalıların qəti mövqeyinə indikindən daha çox ehtiyacı var idi. İndi həmin dövrdəki hadisələr zamanı sinəsini çəkib kənarda duran Rüstəm İbrahimbəyovun özünü xalqın halına yanan bir insan kimi qələmə verib müxalifəti birləşdirmək cəhdləri nə dərəcədə doğrudur? Məsələ ilə bağlı Azərbaycan Demokratik İslahatlar Partiyasının mətbuat katibi Ülkər Abdullayevanın münasibəti belə oldu: “Biz müxalifət partiyası olaraq hər hansı “milli şura” ideyasını və ya digər yaranan birlikləri dəstəkləmirik. Rüstəm İbrahimbəyovun milli azadlıq hərəkatı dövründə fəaliyyəti müşahidə olunmurdu. Onun hakimiyyətlə çox yaxşı münasibətləri olub, dövlətin ona verdiyi imtiyazlardan yararlanıb. Lakin indi Rüstəm İbrahimbəyov, yəqin ki, şəxsi iddialarına görə bir qrup müxalifət nümayəndəsinə qoşulub. Mən bunu belə dəyərləndirərdim”.

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ermənilər azərbaycanlılar və çeçenlər arasında “nifrət və nifaq toxumlarını əkməyə“ çağırır
15.02.2019
Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
15.02.2019
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
15.02.2019
“Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
15.02.2019
“İnternet media vacib informasiya mənbəyinə çevrilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info