“İRƏLİ” İctimai Birliyinin hesabat konfransı keçirilib
Tarix: 26.12.2017 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


“İRƏLİ” İctimai Birliyi, 2008-ci il, 24 dekabr tarixində cənab prezident İlham Əliyevin doğum günündə təsis olunub. Artıq bu il, “İRƏLİ” İctimai Birliyi təşkilat olaraq fəaliyyətinin 9-cu ildönümünü qeyd edir.
“İRƏLİ” İctimai Birliyi hər il təşkilatın nizamnaməsinə əsasən mütəmadi olaraq birliyin hesabat konfransını və hər iki ildən bir isə hesabat-seçki konfransını keçirir. 25 dekabr 2017-ci il tarixində təşkilatın hesabat konfransı keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan edilib.Konfransda təşkilatın bir illik fəaliyyətinin hesabatı öz əksini tapıb. İlk olaraq konfransın reqlamenti təsdiqlənib. Daha sonra, birliyin 2016-2017-ci illərdəki fəaliyyətindən bəhs edən videoçarx dövlət rəsmiləri, KİV nümayəndələri, təşkilata üzv olan gənclərə nümayiş etdirilib.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxışında yarandığı ilk gündən cəmiyyətin həyatında fəal iştirak edən "İrəli" İctimai Birliyinin bu baxımdan öndə gedən gənclər təşkilatlarından biri olduğunu vurğulayıb. Azərbaycanda gənclər və idman sahələrinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdıran komitə sədri Milli Məclisdə gənclər və idman komitəsinin, Prezident Administrasiyasında gənclər və idman məsələləri şöbəsinin fəaliyyətə başlamasının bu diqqət və qayğının göstəricisi olduğunu bildirib. "İrəli"nin uğurlu fəaliyyətindən danışan F.Muradov təşkilatın region gəncləri üçün reallaşdırdığı layihələrin önəmini xüsusi qeyd edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclər təşkilatlarının dövlət gənclər siyasətinin reallaşmasında önəmini xüsusi vurğulayaraq, bu baxımdan "İrəli" İctimai Birliyinin özünə layiqli yer tutduğunu deyib. Nazir müavini təşkilatın paytaxtda və bölgələrdə liderlik məktəbi və s. istiqamətlərdə silsilə layihələr reallaşdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, "İrəli" İctimai Birliyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması işinə öz töhfəsini verir.
Son illər Azərbaycanın gənclər və idman sahələrində mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən İ.Babayev gənclər təşlilatlarının bütün bu işlərdə fəal iştirak etdiklərini bildirib. Nazir müavini "İrəli"nin doqquz illik fəaliyyətinin uğurlu olduğunu vurğulayaraq, quruma qarşıdakı illərdə də uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev "İrəli" İctimai Birliyinin fəaliyyət göstərdiyi doqquz il ərzində gənclər təşkilatları arasında fəallığı ilə seçildiyini diqqətə çatdırıb. Fondun dövlət gənclər sitasətinin reallaşmasında mühüm rol oynadığını qeyd edən F.Hacıyev Azərbaycanın dövlət gənclər siyasəti modelinin dünyaya nümunə olduğunu vurğulayıb.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə digər nüfuzlu gənclər təşkilatları kimi, "İrəli" İctimai Birliyinin də səmərəli fəaliyyəti ilə seçildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Azərbaycanda gənclər təşkilatlarının uğurlu fəaliyyəti dövlət tərəfindən yaradılan əlverişli şəraitin sayəsində mümkün olub.
Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov bu gün ölkəmizdə gənclər təşkilatlarının uğurlu və səmərəli əməkdaşlığının onların dövlətçilik maraqları və güclü Azərbaycan naminə vahid mövqedən çıxış etmələrinin göstərici olduğunu söyləyib, "İrəli" İctimai Birliyinə uğurlar arzulayıb.
Çıxışlardan sonra "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov təşkilatın hesabat dövründəki fəaliyyətinin yekunları ilə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, il ərzində qurum gənclərin inkişafı istiqamətində səmərəli fəaliyyət göstərib. Təşkilatın reallaşdırdığı tədbir və layihələr iki mindən çox gənci əhatə edib. Bundan başqa, fərdi gənclərin təşəbbüskarı olduğu 12 layihə həyata keçirilib ki, onların əhatə dairəsi 300 gənci keçib. İl ərzində təşkilata üzv olmaq üçün 2744 gənc müraciət edib.
Sonda İrəli" İctimai Birliyinin həyata keçirdiyi layihələrin işıqlandırılması və media dəstəyinə görə media nümayəndələri təşəkkürnamə ilə təltif ediliblər.

Qeyd edilib ki, “İrəli” komandası 23.12.17 tarixində 4 aprel hadisələri zamanı əsgərlərimizin birlik, vətən sevgisini göstərərək aldığı Lələtəpə postunun yaxınlığında yerləşən Cocuqmərcanlıya və Cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəyə gedib, ad günü tortunu əsgərlərlə birlikdə kəsib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info