Əsgər valideynləri dövlət başçısına minnətdardırlar
Tarix: 26.12.2017 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədovun Daxili Qoşunların Bakıdakı “N” saylı hərbi hissəsində əsgər valideynləri ilə görüşü olub.
Əvvəlcə Daxili Qoşunların Komandanı şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə tanış olub, ərazidə aparılan abadlıq-quruculuq işləri ilə maraqlanıb.
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissə komandiri döyüş hazırlığının, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti barədə məruzə edib.
Ş.Məmmədov döyüş xidmətinin təşkili və digər zəruri məsələlərlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verdikdən sonra əsgər valideynləri ilə görüşərək onların müraciətlərini dinləyib.
Görüşün təşkilində əsas məqsədin valideynlərin müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayan komandan qeyd edib ki, Daxili Qoşunların bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparmaları üçün hərtərəfli şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, Daxili Qoşunların hərbi qulluqçularının sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərtərəfli şəraitə malik yaşayış kompleksləri, yeni hərbi şəhərciklər, qərargah binaları, əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri və sair xidməti otaqlar ən müasir zəruri avadanlıqla təchiz edilib.
Daxili Qoşunların Komandanı bildirib ki, bütün bunlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Əsgər valideynləri övladları üçün yaradılmış hərtərəfli şəraitə görə Azərbaycan Prezidentinə, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonra Daxili Qoşunlar Komandanı əsgər valideynlərini dinləyərək, onların arzu və istəklərinin yerinə yetirilməsi istiqamətində konkret göstərişlər verib. Tədbirdə icrası mümkün olan məsələlər yerindəcə həllini tapıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16.05.2019
İşəgötürən və işçinin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info