“AtaBank“ uşaq evinin sakinlərini sevindirdi
Tarix: 25.12.2017 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


"AtaBank" ASC daha bir uğurlu layihəsini təqdim edib. Daim müştərilərinə sürprizlər etməklə maliyyə sektorunun liderlərindən olan bank bu dəfə sosial yönümlü layihə həyata keçirib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə baş tutan tədbir “SOS uşaq kəndləri” təşkilatının sakinlərinə böyük sevinc bəxş edib. Belə ki, "AtaBank" maliyyə sektoru ilə yanaşı, bütün sahələrə diqqət ayırmaqla daim seçilir. Tədbirlə bağlı bankdan verilən məlumatda deyilir: “Ölkəmizdə idmana göstərilən dövlət qayğısı əməkdaşlarımızın da asudə vaxtlarını səmərəli keçirməklərinə səbəb olub. Belə ki, bankımız Bakı Futbol Liqasında maliyyə sektorunu layiqincə təmsil edir. Dekabrın 24-də, Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edən matçımızda isə "AtaBank" daha bir layihə həyata keçirib. Bankımızın nümayəndələri oyun öncəsi “SOS uşaq kəndləri” təşkilatını ziyarət edib bir neçə yeniyetməni "Kristal R&R"la olan görüşə də dəvət edib. Həmin uşaqlar komandamız və rəqiblə birgə "Uşaqlar bizim gələcəyimizdir" şüarı ilə meydana daxil olublar, oyuna da baxıb, xüsusi hədiyyələrlə mükafatlandırılıblar. Bu dəstək oyunu izləyən azarkeşlər tərəfindən də böyük rəğbət və alqışlarla qarşılanıb”.
“AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib ki, bu sosial yönümlü layihə gələcəyimizin - uşaqlarımızın ölkəmizə layiqli övlad yetişməsi üçün atılan addımlardan sadəcə biridir: "Bizim layihələr həmişə sabahımıza yönəlikdir. Çünki müştərilərimizə xidmət etməklə yanaşı, hər bir Azərbaycan vətəndaşına sevinc bəxş etmək və dəstək olmaq bankımızın əsas vəzifələrindən biridir. Bu dəfə də uşaq evini ziyarət edib, uşaqların bir neçəsini oyunumuza gətirdik. Yeniyetmələr futbolçularla birgə meydana çıxdılar. İnanırıq ki, bu dəstək bir gününü bizlə keçirən oğlan və qızlarda futbola və idmana xüsusi həvəs yaradacaq. Biz uşaqlarla söhbətdə də bunu hiss etdik. Hətta onlara formalar, xüsusi hədiyyələr verdik ki, bu günü daim xatırlasınlar. Bu həm də həmin uşaq evində olanlara "AtaBank" adından bir dəstək idi. Dəstək layihələrimiz bundan sonra da davam edəcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info