Salyan və Neftçalaya jurnalistlər üçün infotur təşkil edilib
Tarix: 26.12.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


KİV nümayəndələri “Azərişıq”ın regionlarda gördüyü işlərlə yaxından tanış olublar
Bu ildən “Azərişıq”ASC jurnalistlər üçün regionlara infotur təşkil edilməsi kimi bir müsbət ən-ənənin əsasını qoyub. Qeyd edək ki, “Azərişıq” ASC ilk olaraq 20 Oktyabr - Energetika günü münasibətilə “Şimal-Qərb” RETSİ-də qışa hazırlıq və cəmiyyət tərəfindən görülən işlərlə tanışlıq məqsədilə jurnalistlər üçün infotur təşkil etmişdi.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müşayiəti ilə reallaşan infoturun iştirakçılarına bildirdi ki, belə infoturların təşkil edilməsində məqsəd “Azərişıq” ASC-nin regionlardakı fəaliyyəti ilə yaxından tanış olmaqdır. Media nümayəndələri ilk öndə Salyanda rayonunda  “Qaraqaşlı” yarımstansiyasında oldular, buradakı avadanlıqlara baxış keçirdilər. Məlumat verildi ki, bu ilin sentyabrın 24-də Prezident İlham Əliyev tərəfindən açılışı olan 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiya rayonun elektrik enerjisi təchizatında xüsusi önəm daşıyır. Yarımstansiyanın qidalandırılması məqsədilə 110 kV-luq “Birinci Neftçala” hava xəttinin giriş-çıxış və 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün 110 və 220 kV-luq qovşaq yarımstansiyaları əlaqələndirilib.
Jurnalistlər daha sonra  Neftçala rayonuna gəldilər və 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar. Jurnalistlərə məlumat verilib ki, “Neftçala” yarımstansiyasında 40 MVA gücündə iki transformator quraşdırılıb, açıq və qapalı paylayıcı qurğular inşa edilib, bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli avtomat rele mühafizə sistemi yaradılıb. Yarımstansiyada növbətçi işçi heyət üçün müvafiq olaraq mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib, lazımi şərait yaradılıb. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, “Azərişıq” ASC yarandığı ilk gündən etibarən üzərinə çox ciddi və məsuliyyətli missiya götürüb. Bu missiya istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirmək, yəni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı zəruri tədbirləri yerinə yetirmək, ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaqdır. Abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün region ərazisində bir çox yenidənqurma işləri aparılmış və hazırda da bu iş yüksək səviyyədə davam etdirilir. T.Mustafayev bundan sonra da KİV nümayəndələrinin iştirakı ilə regionlara səfərlərin təşkil edilməsini bildirib.
Hər iki rayonda elektrik şəbəkəsi üçün tikilən və hər cür iş şəraiti olan təzə bina və avadanlıqlara tanışlıq infotur iştirakçılarında zəngin təəssürat doğurub.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info