AXCP toplantıya pulla adam yığır
Tarix: 21.05.2013 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Masallı rayonundan Abuşov Mübariz Hüseyn oğlu, Eynullayev Nazim Gülağa oğlu, Rzayev Sahib Mirzə oğlu tərəfindən mətbuata ünvanlanan müraciət daxil olub. Müraciətdə AXCP rəsmisi Fuad Qəhramanlı haqda olduqca maraqlı məlumat yer aldığı üçün diqqətimizi cəlb edib. Redaksiyamıza adlarıçəkilən şəxslər tərəfindən məlumat daxil olub. Məlumatda deyilir ki, bu şəxslər mayın 11-də səhər saat 10-da işə getdikləri zaman AXCP-nin rayon təşkilatının rəsmisi Məmmədağa Eynullayevlə rastlaşıblar. M.Eynullayev bildirib ki, mayın 12-də 2013-cü il saat 15-00-da rayonda yığıncaq keçiriləcək:
“Kim iştirak etsə, 15 manat adambaşına pul paylanacaq və onlara veriləcək. Biz də razılaşdıq”. Tədbirin mahiyyətindən xəbərsiz Masallı sakinləri bildirirlər ki, orada Məmmədağa Eynullayevin qohumu Yaqubla görüşüblər. Yaqub deyib ki, arxayın olun, özünüzlə də nə qədər adam gətirə bilirsinizsə, gətirin, hamısına pul paylanacaq. Müraciətdə deyilir: “Bizdə səhərisi gün-mayın 12-də saat 3 radələrində onların iclas keçirdiyi yerə getdik. İclasda və yığıncaqda iştirak etdik. İclas başa çatdı və biz oturub gözlədik ki, pulumuzu verəcəklər. Lakin pul istəyəndə mübahisə düşdü. Pulumuzu vermək istəmirdilər. Məmmədağanın yaxın adamı olan Yaqubdan pulumuzu tələb etdik. O, Məmmədağadan istədi, sonra adama 5 manat pul verdilər və dedilər ki, qalan 10 manatı da Bakıdan gələn qonaqlar verəcək. Bakıdan gələn qonaqların kimliyi ilə maraqlandıq. Dedilər ki, Fuad Qəhrəmanlı adlı birisidir. Dedilər, AXCP rəhbərlərindən biridir. Fuad Qəhrəmanlının pul verəcəyini çox gözləsək də, o, bizimlə görüşmədi və maşına əyləşərək çıxıb getdi”. Məlumatda bildirilir ki, bu şəxslər pullarını tələb etsələr də, nə AXCP-nin rayon təşkilatının sədri, nə də qohumu Yaqub onlara çatacaq 10 manatı verməyiblər: “Ona görə də biz qərara gəldik ki, şikayətçi olaq və pulumuzu tələb eləyək. Sizə müraciət etməklə xahiş edirik ki, bizə köməklik göstərəsiniz ki, kütləvi informasiya vasitələrinin köməyi ilə pulumuz alınıb bizə verilsin. Xahiş edirik, biz bir qrup fəhlələrə köməklik göstərəsiniz”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Ölkə ərazisində havanın hərarəti 13 dərəcəyə yüksələcək
24.01.2019
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti birgünlük ləğv edilir
24.01.2019
Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə təsərrüfatı yaradılıb
24.01.2019
Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info