Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Qırğızıstanda qeyd edilib
Tarix: 26.12.2017 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Bişkek şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə soydaşlarımızı təbrik edib, ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında söhbət açıb.
Azərbaycanın Qırğızıstandakı səfirliyinin birinci katibi Fərhad Məmmədov bildirib ki, 1991-ci il sentyabr ayının 3-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib. Həmin il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib. Sonra Ulu Öndər Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldıraraq bu qərarı qəbul etməyə çağırıb və dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olub.
F.Məmmədov qeyd edib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərdən biridir.
“Azəri” İctimai Birliyinin idarə heyətinin üzvü Qiyas Xəlilov dünya şöhrətli siyasi xadim Heydər Əliyevin öz xalqı və dövlətinin inkişafı naminə gördüyü işlərdən danışıb.
Daha sonra tədbir çərçivəsində Azərbaycanın mədəniyyəti, tarixi və iqtisadi inkişafı ilə bağlı viktorina keçirilib.
Tədbir konsert proqramı ilə başa çatıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info