Azərbaycanda tələbə peyki müsabiqəsinin təqdimatı keçirilib
Tarix: 26.12.2017 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


“Azərkosmos” ASC-nin əməkdaşları tərəfindən Azərbaycan Universitetinin tələbələri üçün “CanSat Azərbaycan-2018” (Azərbaycanda tələbə peyki) müsabiqəsinin təqdimatı keçirilib.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müsabiqənin cari tədris ilində yerli universitet komandaları arasında təşkil olunması nəzərdə tutulur.
“Azərkosmos” ASC-nin korporativ kommunikasiya departamentinin aparıcı mütəxəssisi Fidan Behbudova tələbələri Azərkosmos ASC-nin fəaliyyəti ilə tanış edib. Peyk mühəndisi Şamo Hümmətli beynəlxalq və yerli xarakterli “CanSat” müsabiqələri, həmçinin Azərbaycanın ilk “CanSat” komandası haqqında danışıb. Peyk operatoru Murad Məmmədov isə müsabiqənin texniki şərtləri, mərhələləri, müraciət və qeydiyyat qaydaları, qiymətləndirmə meyarları və qaliblərin mükafatlandırması haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, müsabiqənin məqsədi ölkəmizdə tələbə peyki layihələrinə marağın artırılması və azərbaycanlı tələbələr arasında kütləviləşdirilməsidir.
Müsabiqədə hər universitet komanda şəklində iştirak edə bilər. Qalib gələn komanda Beynəlxalq “CanSat” müsabiqəsində iştirak hüququ qazanacaq. Uğurlu çıxış edən iştirakçılara “Azərkosmos”da təcrübə imkanları yaradılacaq.
Qeyd edək ki, kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəlmiş beynəlxalq “CanSat” müsabiqəsi NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu, (AIAA) eləcə də kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il keçirilir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info