“ASAN Radio”nun 2 yaşı münasibətilə “2 il Sizinlə” konsert proqramı təqdim olunub
Tarix: 26.12.2017 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


“Nargis Fund”un təşkilatçılığı ilə keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının səhnəsində “ASAN Radio”nun 2 yaşı münasibətilə “2 il Sizinlə” adlı möhtəşəm konsert proqramı baş tutub.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən  bildiriblər ki, konsertdən əvvəl şəhər sakinlərinə və qonaqlara “ASAN xidmət” və “ASAN Radio”nun fəaliyyəti barədə məlumatlar çatdırılıb, Video-audio təqdimatlar nümayiş olunub.Fəvvarələr meydanında böyük coşqu yaşanıb. Konsertdə East or West, Sevda Yəhyayeva, Təranə Mahmudova, Samira, Samirə Əfəndi, Əhməd Mustafayev, Elçin Cəfərov, Nura Suri, Murad Arif, Şölə Səfərəliyeva, Nərmin Kərimbəyova, Tünzalə Ağayeva, Tofiq Hacıyev və XXL qrupunun ifaları səsləndirilib. “ASAN Radio”nun dj-ləri Dj Bazaur və Dj Spider musiqi parçaları ilə Fəvvarələr meydanına toplaşanları əyləndiriblər.
Konsertdə iştirak edən minlərlə insan rəqs edərək əylənib.
Tədbirdə həmçinin müsabiqələr keçirilib. Qaliblərə qiymətli hədiyyələr təqdim edilib.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan “ASAN Radio” 2015-ci il dekabrın 24-dən yayıma başlayıb. “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info