“ABAD-ın satış mərkəzləri Qəbələ və Bakının beşulduzlu mehmanxanalarında açılacaq”
Tarix: 26.12.2017 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda “Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, dünya iqtisadiyyatında çox çətin proseslər baş verir və bu bunlar dünya ölkələrinə öz təsirini göstərməkdədir. "Azərbaycan iqtisadiyyatı isə çətin proseslərə dayanıqlıq nümayiş etdirir", - deyə o vurğulayıb. Nazir müavini bildirib ki, Azərbaycan prezidentinin iqtisadi-siyasi kursuna uyğun olaraq qeyri-neft sektorunun inkişafında iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyin artırılmasında yüksək əlavə dəyər yaradan ixraca yönələn məhsul istehsalının genişlənməsinə, məşğulluğun təmin edilməsində kiçik və orta sahibkarlığın rolunu vurğulayıb.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov kiçik və orta sahibkarlığa, həmçinin ailə təsərrüfatlarına və ailə biznesinə başlamaq istəyən insanlara verdiyi dəstəkdən geniş danışıb. O, ABAD-ın orta və kiçik sahibkarların istehsal etdiyi məhsulların satış mərkəzlərindən da söz açıb və bildirib ki, tezliklə ABAD-ın satış mərkəzləri Qəbələdə və Bakının beşulduzlu mehmanxanalarında açılacaq. 
O həmçinin qeyd edib ki, yaxın zamanlarda Bakının Nardaran qəsəbəsində və Şəki şəhərində keramika mərkəzi inşa olunacaq. “ABAD öz sektoru və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bütün sahibkarlara dəstək olmağa hər zaman hazırdır. Kiçik sahibkarların əl işlərinin daha çox insanlara çatdırılması üçün İqtisadiyyat Nazirliyi ilə bundan sonra da sıx əməkdaşlıq davam etdiriləcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info