“Azərbaycan ən tolerant ölkələr reytinqində yer alıb”
Tarix: 21.05.2013 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Araşdırmaların nəticələri göstərir ki, Azərbaycan cəmiyyəti nəinki qonşu ölkələrdən, hətta Avropa ölkələrinin çoxundan daha tolerantdır
Azərbaycanda bir millətin sayca üstünlük və titulluluq təşkil etməsi etnik müxtəlifliyə malik ölkənin dünyada daha çox tolerant ölkələrin reytinqinə düşməsinə mane ola bilməyib. Bu barədə “The Washington Post”da nəticələri dərc olunmuş araşdırmaların nəticələri göstərir.
Qeyd edək ki, araşdırmalar dünyanın 80-dən çox ölkəsində aparılıb. Araşdırmalar əhalinin həyati dəyərlərə əsaslanan sorğuya söykənib. Bu sorğu elə belə də adlanır: Dünya Dəyərlər Sorğusu (World Values Survey). Araşdırma ölkələrin iqtisadi inkişafı, həmçinin etnik müxtəliflik və əhalinin tolerantlıq səviyyəsi arasında paralellər aparmaq məqsədi daşıyıb. Amma nəticələr göstərib ki, bu paralellərlə bağlı hansısa əlaqə və asılılıq yoxdur.
Suallar çoxluğu arasında insanlardan qonşu olaraq kimi görməyi arzulamadıqlarını soruşublar. Respondentlərinin çoxunun bu suala “digər irqdən olan insanlar” deyə cavab verən cəmiyyətləri araşdırma müəllifləri daha az tolerantlar qisminə aid ediblər. Azərbaycan isə o kateqoriyadan olan ölkələr sırasına düşüb ki, orada respondentlərin cəmisi 10-15 faizi qonşu olaraq “digər irqdən olanlar”ı görmək istəmədiklərini bildiriblər. Belə olduğu halda, Azərbaycan cəmiyyəti daha çox tolerant ölkə kimi xarakterizə edilib. Belə ki, Azərbaycan cəmiyyəti Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İrandan daha tolerant ölkə kimi göstərilib. Bu ölkələrdə tolerantlıq göstəriciləri Azərbaycandan aşağıdır. Həmçinin araşdırmanın daha əlamətdar nəticələrindən biri də ondan ibarətdir ki, Azərbaycan cəmiyyətinin tolerantlıq göstəriciləri, eləcə də Avropa ölkələrinin çoxundan yuxarıdır. Məsələn, iqtisadi inkişaf və təhsil göstəriciləri yüksək olan Qərbi Avropa ölkələri heç də həmişə kifayət qədər tolerant ölkə kimi çıxış etmir. Bunu araşdırmaların nəticələri də sübut edir. Buna misal olaraq deyək ki, Fransa cəmiyyəti daha az tolerant ölkələr sırasına düşüb. Fransa əhalisinin 23 faizi başqa millətlərdən olan qonşular istəmirlər. Bundan başqa daha çox tolerant ölkələr içərisində Böyük Britaniya, Skandinaviya ölkələri, Şimali Amerika ölkələri, həmçinin Cənubi Amerika ölkələrinin çoxu, eləcə də Avstraliya qeyd edilir.
Daha pis göstəricilər Yaxın Şərq, Cənub-Şərqi Asiya ölkələri ilə bağlı qeydə alınıb. Bu ölkələrdə tolerantlığın durumu yaxşı deyil. Amma tolerantlıq baxımından ən aşağı göstərici isə Hindistanda qeydə alınıb. Burada respondentlərin 40 faizi digər irqlərdən olan qonşulara malik olmaq istəmirlər.
Bu isə artıq Hindistan kimi indiyə qədər “xalqlar demokratiyası” adlandırılan ölkədə tendensiyanın başqa istiqamətə yuvarlandığını deməyə əsas verir. Görünür, dünyada bu sahədə baş verən kataklizmlər, etnik qarşıdurmaların qloballaşması bir çox ölkələrdə əhalinin əhvali-ruhiyyəsinə neqativ təsirsiz ötüşməyib...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info