Vergilər Nazirliyi məktəbli uşaqlara bayram ovqatı bəxş edib
Tarix: 26.12.2017 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Dekabrın 26-da Vergilər Nazirliyinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə valideyn himayəsindən məhrum olmuş məktəblilər, eləcə də tədris ilində yüksək nəticələr əldə edən şagirdlər Akademik Milli Dram Teatrında “Rəqs edən pinqvinlər” adlı səhnə əsərinə tamaşa ediblər.
Yeni il şənliklərinin təşkilində əsas məqsədlərdən biri də valideyn himayəsindən məhrum olmuş və qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, tədris ilində yüksək nəticələr əldə edən şagirdlərin təhsilə marağını stimullaşdırmaqdır.
Teatrın Yeni il şənlikləri münasibətilə hazırladığı tamaşa maraqlı dekorasiyası və obrazları ilə uşaqları sevindirib. Yaradıcı heyətin böyük ruh yüksəkliyi, aktyorların obrazları peşəkar şəkildə çatdırmaları, aydın səhnə danışığı, həmçinin geyimlər məktəblilərin alqışları ilə qarşılanıb.
İnteraktiv tərzdə qurulan tamaşada məktəblilər özlərini səhnədə baş verən hadisənin iştirakçısı kimi hiss etməklə yanaşı, nağıl qəhrəmanları ilə ünsiyyət də qura biliblər.
Tamaşanın sonunda aktyorlar məktəbliləri bayram münasibətilə təbrik edərək, onlara dərslərində müvəffəqiyyətlər arzu ediblər. Vergilər Nazirliyinin əməkdaşlarının iştirak etdiyi tədbirdə uşaqlara nazirlik tərəfindən bayram hədiyyələri təqdim olunub.
Qeyd edək ki, nazirlik sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi çıxış edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info