Ağdam və Ağcabədidə Qarabağ müharibəsi əlili və şəhid ailələrinə evlər verilib
Tarix: 26.12.2017 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatı tədbirləri Ağdam və Ağcabədi rayonlarında davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər iki rayonda inşa etdirilmiş 9 ədəd fərdi yaşayış evi (Ağdam rayonunda 4, Ağcabədi rayonunda 5 ədəd) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, cari ildə də ölkəmizdə bütün sosial proqramların uğurlu icrası təmin olunub. Sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlər, onların pensiya və müavinətlərlə, müvafiq təbəqələrdən olan vətəndaşların Prezidentin aylıq təqaüdləri ilə təminatı, əlilliyi olan insanların tibbi-sosial reabilitasiyası və digər sahələrdə işlər uğurla davam etdirilib. Mühüm sosial proqramlardan biri olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi istiqamətində də növbəti məqsədyönlü addımlar atılıb.
Ağdam və Ağcabədi rayonlarında yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi tədbirlərində Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində ölkə vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması prinsipinin dayandığı vurğulanıb. Qeyd olunub ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin davamı kimi, cari ildə nazirlik tərəfindən 55-ə yaxın rayon və şəhərdə yeni fərdi yaşayış evləri, habelə hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər bu təbəqələrdən olan insanlara təqdim edilib. Ağdam və Ağcabədi rayonlarında bu sahədə məqsədyönlü işlər aparılır. 2014-2017-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər iki rayonda əlavə olaraq 40 ədədə yaxın fərdi yaşayış evini, habelə Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evini Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verib.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.
Tədbirlərdə yeni fərdi yaşayış evlərinin təqdim edildiyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri sosial müdafiə sisteminin gücləndirilməsi üçün həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər. Onlar göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info