“İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşır”
Tarix: 21.05.2013 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti bu ölkənin Ali Dini rəhbəri Seyid Əli Xamneyi ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin hərtərəfli inkişaf etdiyi bildirilib. A. Paşazadə Azərbaycanda bütün dinlərin nümayəndələrinə azad ibadət imkanı yaradıldığını, yeni məscidlər tikildiyini, tarixi məscidlərin, ziyarətgahların təmir edildiyini bildirib.
Şeyx bir neçə gün əvvəl Prezident İlham Əliyevin iştirakı ilə Şamaxıda böyük məscid-kompleksinin açıldığını, bundan əvvəl isə Sumqayıt və Qəbələdə məscidlərin açılışı olduğunu xatırladıb. Prezident İlham Əliyevə salamlarını çatdırılmasını xahiş edən Seyid Əli Xamneyi Azərbaycanda aparılan quruculuq işlərindən və inkişafdan xəbərdar olduğunu da bildirib. İranın dini lideri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və hörmətlə yanaşdığını bir daha qeyd edib. Görüşdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov da Azərbaycan-İran münasibətlərinin inkişafının əhəmiyyəti barədə danışıb. Qeyd edək ki, səfər çərçivəsində İran prezidenti Mahmud Əhmədinejad, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və İran parlamentinin sədri Əli Laricani ilə də görüşlər keçirilib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info