2018-ci ildə də KİV-ə dəstək davam etdiriləcək
Tarix: 27.12.2017 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqədə 66 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 153 yazı daxil olub: "Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan olunub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 16 istiqamət üzrə 96 yazı qalib elan olunub". V.Səfərli qeyd edib ki, 2017-ci il Azərbaycan üçün çox uğurlu olub: “Azərbaycanda bu il İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması bu uğurlardandır. Digər sahələr kimi, bu il KİV sahəsinin də inkişafına böyük diqqət göstərilib. İl ərzində Fond bir çox layihələr həyata keçirib. Bu layihələrin bir istiqaməti də fərdi müsabiqələr olub. İl ərzində 6 belə müsabiqə keçirilib və 650-dən çox jurnalist mükafatlandırılıb”. Daha sonra tədbirdə çıxış edən Prezidentin köməkçisi Ə.Həsənov bildirib ki, 2017-ci ildə olduğu kimi, 2018-ci ildə də Azərbaycan jurnalistlərini yaradıcı fəaliyyət gözləyir: "Azərbaycan dövləti mediaya xüsusi önəm verir, cəmiyyətlə dövlət arasında körpülərin yaradılmasında medianın imkanlarından istifadə edir". Prezidentin köməkçisi vurğulayıb ki, bu il jurnalistlərin bir qismi mənzillərlə təmin olunub: "2018-ci ildə də dövlət tərəfindən kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində dəstək davam etdirələcək. 2018-ci ildə də media ilə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkünlərin problemləri, 200 ildən artıq müddətdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı Xocalı və digər soyqırımları barədə reallıqları dünya ictimaiyyətinə çatdıracağıq". PA rəsmisi əlavə edib ki, 2017-ci il Azərbaycan islam dünyasında həmrəyliyin gücləndirilməsi istiqamətində çox mühüm fəaliyyət nümayiş etdirib: "Bu ilin "İslam Həmrəyliyi ili" elan olunması, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və digər tədbirləri göstərmək olar". Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 2018-ci ilin Azərbaycanın islam həmrəylinə töhfəsi baxımından mühüm il olduğunu bildirib: "2018-ci ilin Azərbaycan üçün daha uğurlu il olacağına inanıram. Azərbaycan jurnalistlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm".




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info