Yeni ilin iqtisadi gözləntiləri: qlobal ÜDM 3,3% artacaq
Tarix: 27.12.2017 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


“The Economist”: “2018-ci ildə hərbi, informasiya texnologiyaları və turizm iqtisadi fəallığın ən yüksək sahələri olacaq”
“The Economist” 2017-ci ilin iqtisadi göstəriciləri ilə bağlı hesabat hazırlayıb. Həmin hesabatda qeyd edilir ki, dünya iqtisadiyyatı son 10 ildə ən yüksək tempə, fond bazarları rekord səviyyəyə çatıb, bazarlarda dəyişkənlik azalıb və maliyyə risklərinə qarşı tədbirlər ən aşağı səviyyələrdə özünü göstərib. 2018-ci ilin mövzusu isə ABŞ prezidenti Donald Trampın yüksək siyasi riskləri, “Fed” tərəfindən faiz dərəcələrinin artması və Çinin yarada biləcəyi təhlükələrdir. Yeni il ərzində qlobal ÜDM-in 3,3% artacağı və dünya ticarətinin 3,2 faiz ilə 2017-ci ildəkindən aşağı böyüməsi gözlənilir. Görünür, dünya iqtisadiyyatının siyasətin təsirindən təmizlənə bilməməsi 2018-ci ildə bir çox sektorda özünü göstərəcək. Məsələn, pərakəndəçilik sektoru, 2018-ci ildə güclü bir irəliləyiş təqdim edə bilməyəcək. Dünyada pərakəndə satışlardakı artımdan gözlənilən nəticələr yalnız 2 faizdir. Müdafiə sahəsi isə ABŞ siyasətindən ən çox təsirlənəcək sektordur. NATO-nun xərclərini artırması üçün Trampın təzyiqi, Şimali Koreya gərginliyi, Yaxın Şərqdə davam edən gərginlik, müdafiə xərclərini rekord səviyyəyə çıxaracaq. Bir çox ölkənin səhiyyə sektoru ilə bağlı sürətli düzəlişlər etməsi bu sektorda xərclərin artmasına səbəb olacaq. Çində, borcları azaltmaq üçün əsasən metal və dağ-mədən sənayesi bazarları, daşınmaz bazarlarda tədbirlərin təsirini izləmək mümkün olacaq. Çində kreditlərdəki yavaşlama daşınmaz əmlak bazarında qiymətlərə təsir edə bilər. “The Economist”ə görə, 2018-ci ildə hərbi və turizm satışların ən yüksək olacağı sektorlar olaraq fərqlənəcək. Avtomobil, əyləncə, turizm, sağlamlıq, media, maliyyə və İT sektorlarında işlər normal şəkildə davam edəcək. Enerji, kənd təsərrüfatı, mədənçilik təzyiq hiss ediləcək sektorlardan biridir.
Yeni ildə sektorlarda 10 trend
Beləliklə, 2018-ci ildə iş dünyasının istiqamətini müəyyənləşdirən trendlərin sıralamasında göstərilir ki, ABŞ Mərkəzi Bankının (Fed) faiz dərəcələrinin yüksəlməsinin təsiri mühüm amil olacaq. Faiz artımları ABŞ banklarına dəstək verəcək və ölkədə kredit böyüməsi 4 faiz təşkil edəcək. İnkişaf etməkdə olan ölkələr arasında Latın Amerikası,ən zəif halqa hesab edilir. Latın Amerikasında pərakəndə satış həcmi Trampın siyasəti ilə bağlı Meksikada istehlak xərclərinin azalması və Braziliyada zəif iqtisadi artım səbəbi ilə yalnız 2 faiz artacaq. Qərbi Avropa isə “Brexit”in mənfi təsirini hiss edəcək. Qeyri-müəyyənliklə bağlı Böyük Britaniyada pərakəndə satışlar 0,4 faiz azalacaq. Rusiyada turizmdə futbol üzrə Dünya Kuboku sayəsində canlanma müşahidə ediləcək. Ölkədə otel qiymətlərinin 12%, təyyarə biletlərinin isə 7% artması gözlənilir. D.Trampın səylərinin qarşılığında kömür qiymətləri azalacaq. Asiya daha çox təbii qazdan istifadə etməyə başladığı təqdirdə, Avstraliyanın LNG ixracı 2016-cı ilə görə iki dəfə artaraq 60 milyon tona çatacaq. Daha çox ölkə səhiyyə sistemində yeniliklər etməyə başlayacaq. Əhalinin adambaşına düşən səhiyyə xərclərinin 40 dollar olduğu Pakistanda 2018-ci ildə səhiyyə xərcləri 12 faiz artacaq. Çində kredit artım tempi 3% olacaq, lakin Pekin böhran yaranmasına icazə vermək fikrində deyil. Avtomobil satışlarında artım davam edəcək. Burada Sinqapur istisna təşkil edəcək. Belə ki, ölkədə satışların 34 faiz azalacağı təxmin edilir. Elektrikli avtomobillərin cəlb ediciliyi artır. “Tesla” firması 500 min ədəd istehsal etməyi planlaşdırır, lakin rəqabət artmaqdadır. Nəticədə isə Yaponiyanın “Nissan” şirkəti tərəfindən istehsal olunan və ən çox satılan elektrik avtomobili “Leaf”ın isə yeni versiyasının istehsalı nəzərdə tutlur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info