Gürcü ekspertlər: “Ermənistan üçün əlavə tranzit dəhlizinin açılması yolverilməzdir”
Tarix: 27.12.2017 | Saat: 03:31:00 | E-mail | Çapa göndər


Gürcüstan Ermənistan üçün əlavə tranzit dəhlizi açmaq məsələsində Azərbaycanın maraqlarını nəzərə almalıdır”.
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın əməkdar jurnalisti, politoloq Badri Naçkebiya deyib.
Onun sözlərinə görə, Gürcüstan hər zaman humanitar məsələlərdə qonşularına yardım əli uzadıb: “Lakin Gürcüstan heç bir halda Azərbaycanın maraqlarına qarşı çıxa bilməz. Gürcüstan tərəfi yaxşı başa düşür ki, bu məsələdə Azərbaycanın maraqlarına zidd olan addım atmaq olmaz”.
Digər poitoloq Quram Marxuliya da Gürcüstanın Ermənistan üçün əlavə tranzit dəhlizinin açmasını yolverilməz hesab edir: “Gürcüstan və Azərbaycan geosiyasi tərəfdaşdırlar və bu halda Gürcüstanın Ermənistan üçün alternativ yol açması həm siyasi, həm də iqtisadi cəhətdən məqsədəuyğun deyil”.
Ekspert deyib ki, Ermənistan Gürcüstanın düşmənidir. “Gürcüstan Azərbaycanla geosiyasi birliyi nəzərə almalıdır. Ümid edirik ki, Ermənistan üçün yeni yol açılmayacaq və Gürcüstan ictimaiyyəti də buna yol verməz”.
Q.Marxuliya əlavə edib ki, Ermənistan dəfələrlə BMT-də Gürcüstana qarşı çıxır: “Gürcüstanın işğal altındakı ərazilərindən olan qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının əleyhinə olan Ermənistan bizə necə dost ölkə ola bilər?”
Qeyd edək ki, bu yaxınlarda Gürcüstan baş naziri Giorgi Kvirikaşvili fors major hallarda Tsxinvalidən keçən dəhlizdən Ermənistanın istifadə edə biləcəyi barədə bəyanatla çıxış edib. Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol Gürcüstan ərazisindən - Yuxarı Larsdan keçir. Bu yol xüsusən də qış aylarında güclü qar yağması və sürüşmələrə görə tez-tez bağlanır və Ermənistandan Rusiyaya gedən yüklər uzun müddət sərhəddə qalmalı olur.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info