“Rusiya Amerikanın Moskvadakı kəşfiyyat rəhbərinin adını açıqlayıb”
Tarix: 21.05.2013 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“La Stampa” qəzeti yazır ki, Rusiya tərəfindən xüsusi xidmət orqanlarının gizli protokol qaydası pozulub. Belə ki, Rusiya Amerikanın Moskvadakı “007” başçısının adını açıqlayıb:
“Rusiya xüsusi xidmət orqanları MKİ-nin Moskva rezidenturasının başçısının adını açıqlayıb. Bu isə kəşfiyyat protokolunun nadir pozulan hallarındandır. Bu addım Vaşinqtonda Moskva MKİ-nin casusunun ifşasından sonra provokasiya kimi dəyərləndirilir. Moskvada ABŞ xüsusi xidmət orqanının rəhbərinin adının açıqlanması onunla izah edilir ki, bu, Bostondakı terror aktlarından sonra terrorizmə qarşı Rusiya və Amerikanın eyni cəbhədə iştirak etməsindən sonra Kremlin yalnız bir neçə həftə sonra siyasi rol oynaması düşüncəsini gücləndirir.
Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsi Rayan Foqun həbsi barədə danışaraq bildirib ki, 2011-ci ilin oktyabrında Rusiya MKİ-nin Moskvadakı nümayəndəliyinin başçısına rəsmi şəkildə xəbərdarlıq etmişdi ki, “Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının toplanması istiqamətində provokasiya xarakterli aksiya davam edərsə, MKİ əməkdaşlarına qarşı simmetrik addımlar atılacaq”.
“İnterfaks” agentliyi tərəfindən dərc olunan xüsusi rəsmi məlumatda isə FTX MKİ-nin başçısının adını açıqlayıb: Stiven Holl. Diplomat bu adla Moskvada ABŞ səfirliyinin əməkdaşları siyahısında qeyd olunur. Amerika səfirliyi MKİ-nin yüksək vəzifəli əməkdaşının şəxsiyyətini təsdiq etməkdən imtina edib. Milli Təhlükəsizlik Nazirliyinin generallarından biri deyib: “Bu, tamamilə normaldır. Ruslar MKİ-nin Moskvadakı rəhbərinin, amerikalılar da Rusiya kəşfiyyatının Vaşinqtondakı rəhbərliyinin adını bilirlər. Onların əlaqə kanalları rəsmidir. Ancaq normalara görə, xüsusi xidmət orqanlarının rəhbərlərinin adının açıqlanması protokol qaydalarının pozulması hesab edilir. Hazırkı fakt Vaşinqtonun təhqir edilməsi kimi qəbul edilir və hər iki kəşfiyyat idarəsi arasındakı gərginlikdən xəbər verir”.
Keçmiş sovet “KQB”sinin Amerikaya sığınmış əvvəlki generalı Oleq Kaluqinin sözlərinə görə, Rusiya amerikalılarla əlaqədə qorxu hissini artırmaq üçün süni şəkildə qalmaqal yaradıb. Eyni zamanda bu qalmaqal Suriya məsələsində Moskva və Vaşinqton arasındakı qarşıdurma çərçivəsində Birləşmiş Ştatlara təzyiqi gücləndirdi”.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info