Ağstafada məktəb binası təmir edilib
Tarix: 27.12.2017 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 2016-cı il 21 oktyabr tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq 1320 şagird yerlik ümumtəhsil məktəbinin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də müəllim, şagird və valideynlər iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Qeyd olunub ki, Ağstafa təhsil sahəsində ölkənin ən qabaqcıl rayonları sırasında qərarlaşıb. Son illər rayonun təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Təhsil Şöbəsinin müdiri Kamran Abbasov, məktəbin məzunu İbrahim Əliyev, Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, məktəbin müəllimi Elnarə İskəndərova və digərləri Ağstafa rayonunun təhsil sisteminə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq olub. Binanın köhnə dam örtüyü yenilənib, ətraf ərazi dekorativ hasara alınıb. Məktəbin bufeti, idman, akt və kitabxana zalları, sanitar qovşaqlar müasir tələblərə uyğun yenidən qurulub. Elektrik, istilik sistemi yenilənib, bütün mərtəbələri əhatə edən müşahidə kameraları quraşdırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info