Qaliblər mükafatlandırılıb
Tarix: 27.12.2017 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən “İlin tələbəsi” müsabiqəsinin qalibləri dekabrın 26-da mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Bakı Biznes Mərkəzində keçirilən mükafatlandırma mərasimində çıxış edən ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov il ərzində təşkilatın reallaşdırdığı layihələrdən danışıb. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən söz açıb. Diqqətə çatdırıb ki, ölkəmizdə bu sahədə qəbul olunan Dövlət proqramlarının yaratdığı imkanlardan bütün gənclərimiz, o cümlədən tələbələr tam şəkildə bəhrələnirlər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclərlə iş sahəsində əldə olunan nailiyyətlərdən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, üçüncü dəfədir ölkəmizdə gənclər sahəsi üzrə Dövlət Proqramı qəbul olunub. Əvvəlki təcrübədən yararlanaraq bu Dövlət Proqramında da gənclərin maraqları tam təmin edilib. Gənclərin inkişafının, onların dünyagörüşünün artırılmasının, beynəlxalq arenaya inteqrasiyasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan nazir müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu dövlət-gənclər siyasəti həyata keçirilir.
ATGTİ-nin reallaşdırdığı layihələrdən də danışan İ.Babayev qeyd edib ki, təşkilat il ərzində bir sıra yaddaqalan layihələr həyata keçirib. “Bugünkü mükafatlandırma mərasimi də belə layihələrdən birinin yekununa həsr olunub. Tələbə gənclər təşkilatları il ərzində məhsuldar fəaliyyətləri ilə fərqlənib. O cümlədən tələbələrimiz ölkəmizdə həyata keçirilən layihələrdə səmərəli fəaliyyətləri ilə seçiliblər”, - deyə nazir müavini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev müsabiqəyə qatılan tələbələrin əksəriyyətinin Fondun reallaşdırdığı layihələrin iştirakçıları arasında olduqlarını bildirərək qeyd edib ki, bu gün Azərbaycanda yüksək intellektli, bilikli gənclər formalaşıb. Bu gənclər ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edir, yüksək nailiyyətlər qazanırlar. ATGTİ-nin həyata keçirdiyi bu müsabiqədə də məhz ən fəal tələbələr, tələbə gənclər təşkilatları seçiliblər.
Prezident Administrasiyasının əməkdaşı Kənan Firdovsioğlu çıxışında gənclər təşkilatlarının, o cümlədən tələbə gənclər təşkilatlarının, tələbələrin ölkəmizin ictimai-siyasi həyatında fəallığından danışıb, il ərzində gənclərlə bağlı bir sıra mühüm layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. O, ATGTİ-nin həyata keçirdiyi layihələrin tələbələrin həyatındakı önəminə də toxunub, müsabiqənin qaliblərinə uğurlar arzulayıb.
Sonra mükafatlandırma mərasimi olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Humanitar Kollecinin və Gəncə Dövlət Universitetinin Tələbə Gənclər təşkilatları cari ildəki uğurlu fəaliyyətlərinə görə təltif ediliblər.
Həmçinin tələbə gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsində göstərdikləri xüsusi dəstəyə görə bir sıra dövlət qurumlarına, QHT və KİV nümayəndələrinə ATGTİ tərəfindən mükafatlar verilib.
Cari ildə ictimai və elmi fəaliyyətinə görə fərqlənən Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsi Ləman Cavadova “İlin tələbəsi” nominasiyası üzrə qalib elan olunub.
Sonda ATGTİ-nin həyata keçirdiyi layihələri il ərzində yüksək səviyyədə işıqlandırdıqlarına görə bir qrup jurnalist təşəkkürnamə ilə təltif edilib. Təltif olunanlar arasında AZƏRTAC-ın əməkdaşı Həsrət Mahmudova da var.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info