Qiymətli metalların ixracı ölkə iqtisadiyyatına 121 milyon manatdan artıq gəlir gətirib
Tarix: 27.12.2017 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu il 150 min unsiyaya yaxın qiymətli metal ixrac edib. Bu barədə QSC-dən məlumat verilib. Bildirilir ki, 2017-ci ilin aprel-dekabr ayları ərzində “AzerGold” QSC həyata keçirdiyi ixrac əməliyyatları üzrə 60 552 unsiya qızıl və 86 806 unsiya gümüş ixrac edib. Qiymətli metalların ixracı ölkə iqtisadiyyatına 121 milyon manatdan artıq gəlir gətirib. Qiymətli metalların dünya bazarında satışının təşkili üçün beynəlxalq affinaj şirkətlərinin tələb etdiyi KYC (Know Your Customer) və təhlil (“due diligence”) prosedurlarını uğurla keçərək “AzerGold” QSC cari ilin aprel ayında İsveçrənin məşhur “Argor-Heraeus” şirkəti ilə qiymətli metalların saflaşdırılmasına dair müqavilə imzalayıb.
2016-cı ilin iyul ayında fəaliyyətə başlayan “AzerGold” QSC qısa müddət ərzində bir sıra əhəmiyyətli işlərin görülməsinə nail olub. Belə ki, Daşkəsən rayonu ərazisində yerləşən Çovdar filiz emalı sahəsində müxtəlif təyinatlı təmir-tikinti işləri sayəsində yatağın fəaliyyəti bərpa edilib, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, hasilat işlərinə start verilib. Ərazidə ekoloji tarazlığın qorunması üçün 6 mindən artıq ağac və kol əkilmiş və digər işlər görülüb. Çovdar mədənində işlərin düzgün və səmərəli aparılması, insanların əmək şəraitinin yaxşılaşdırılması üçün lazımi bütün işlər görülüb və infrastruktur yaradılıb. 2020-ci ildə yatağın yerüstü (oksid) mərhələsinin istismarı başa çatandan sonra 2021-ci ildə hasilata verilməsi planlaşdırılan yeraltı (sulfid) mərhələsinin hasilatına dair texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə beynəlxalq məsləhətçi şirkət ilə əməkdaşlıq edilir.
“AzerGold” QSC-nin strateji hədəfi Azərbaycanda əlvan metal sənayesinin dayanıqlı və davamlı inkişafını təmin etməkdir. Bu məqsədlə, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarının həcminə görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Növbəti illərdə metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması planlaşdırılır.
Bundan başqa, Balakən rayonu ərazisində yerləşən digər yataqda – Mazımçayda ehtiyatların hesablanması üçün buruq-qazma işləri həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Göydağ-Əlincə filiz qovşağının Ortakənd sahəsində kompleks geofiziki tədqiqatlar aparılıb və yaxın gələcəkdə buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması nəzərdə tutulub.
Daşkəsən-Göygöl ərazilərində filizsaxlayan süxurlardan götürülmüş sınaq nümununələri beynəlxalq sertifikatlaşdırılmış laboratoriyada analiz olunur və analizlərin nəticələrinə uyğun kəşfiyyat işlərinin planı hazırlanır. Bu istiqamətdə növbəti illərdə də geoloji tədqiqatlar davam etdiriləcək.
Cəmiyyətin fəaliyyətinin təşkili üçün bu gün 300-ə yaxın insan daimi işlə təmin olunub. “AzerGold” QSC-nin sosial məsuliyyət üzrə siyasətinin reallaşdırılması, o cümlədən yerli icmaların ehtiyaclarının öyrənilməsi və ödənilməsi üçün Korporativ Sosial Məsuliyyət Komitəsi yaradılıb. Eyni zamanda təcrübə mübadiləsinın aparılması və kadr potensialının formalaşdırılması üçün Cəmiyyət elm və təhsil ocaqları ilə əməkdaşlıq etməkdədir.
Qısa müddət ərzində əldə olunan yüksək göstəricilər “AzerGold” QSC-yə qeyri-neft sektorunun ixracında lider mövqeləri qazandırıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info