Suraxanıda abad həyətlər salınır
Tarix: 27.12.2017 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Suraxanı rayonunun qəsəbələrində aparılan abadlıq və quruculuq işləri məhəllələrin simasında zövqoxşayan görüntü yaradır.
AZƏRTAC xəbər verir ki, səliqə-sahman yaradılması məqsədinə xidmət edən təmir-tikinti işləri ardıcıl olaraq bütün məhəllələri əhatə edir.
Rayonun Hövsan qəsəbəsində 7 ədəd doqquzmərtəbəli 41 girişdən ibarət çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri davam etdirilir. Elman Qasımov küçəsində bir neçə binanın dam örtüyündə 3450 kvadratmetr sahə əsaslı təmir olunub. Qəsəbədəki binaların həyətlərində yeni daşlar qoyulmaqla səkilər yenilənib, həyətlərin asfalt örtüyü təmir edilib.
Abad həyətlərin salınması işləri də sürətlə gedir. Həyətlərdə veteranlar üçün guşə düzəldilib, hər cür avadanlıqla təchiz edilərək istifadəyə verilib. Bütün binaların həyətlərində abad məhəllələr salınıb, məhəllələrdə 120 ədəd oturacaq, 12 söhbətgah, 10 ədəd müasir idman qurğusu və 6 ədəd müxtəlif uşaq oyun elementi quraşdırılıb.
Yeni Günəşli, Qaraçuxur, A, B yaşayış sahəsi, Bülbülə və Hövsan qəsəbələrində binaların qarşısında nümunəvi abad məhəllələr salınıb. Sakinlərin istirahətini təmin etmək üçün 46 yeni oturacaq, 13 söhbətgah, 10 ədəd müxtəlif oyun elementi quraşdırılıb. 1700 kvadratmetr yaşıl örtük salınıb, 700 kvadratmetr sahədə əkin üçün hazırlıq işləri görülüb. Rayonda yol-nəqliyyat infrastruktur da müasir tələblərə uyğun şəkildə qurulur. Yollar asfaltlanır, piyada səkiləri yenilənir. Hündürmərtəbəli binaların eyvanları, fasadları və dam örtükləri təmir olunur. Rayonun girişindən başlayaraq küçə, park və xiyabanlarda mövsümü gül və həmişəyaşıl ağaclar əkilib.
Rayon ərazisindəki mənzil və zirzəmilərdə içməli su, kanalizasiya xətləri təmir edilib, su navalçaları bərpa olunub. Çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri aparılıb.
Sakinlərin qanunsuz zəbt etdiyi sahələr əlavə tikililərdən azad olunaraq abadlaşdırılıb. Binaların günlükləri üzərində, eləcə də dam örtüyündə sakinlərin quraşdırdığı su çənləri götürülərək səliqəyə salınıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info