Məktəblilərə ətraf mühitin qorunması ilə bağlı təlimlər keçiriləcək
Tarix: 27.12.2017 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Binəqədi Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Təbiətimizi qoruyaq - Ona borcluyuq!” adlı layihənin açılış mərasimi baş tutub. Tədbirdə layihə rəhbəri Fəridə Əkbərli çıxış edərək bildirib ki, layihənin məqsədi gənclərin ekologiyanın qorunması mövzusunda son biliklərə yiyələnməsinə dəstək olmaqdır. Bu layihənin gerçəkləşməsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev başda olmaqla, fondun bütün əməkdaşlarına öz təşəkkürünü bildirib. Daha sonra qeyd edib ki, bir gənc olaraq ölkəmizdə ətraf mühitin qorunması, insan sağlamlığına önəmini vurğulamaq, insanları sağlam həyat yaşamağa təşviq etmək üçün “Təbətimizi qoruyaq-Ona borcluyuq!” layihəsini həyata keçirmək ən böyük istəklərimdən biri olmuşdur. Ekologiyanın qorunması üçün sadəcə teorik bilikləri istifadə etmək yox, bununla yanaşı, bunu gündəlik həyatımıza da çevirməliyik. Layihənin icrası zamanı təlimlər 3 gün boyunca təhsil müəssisələrində (məktəblərdə) şagirdlərə ətraf mühitin qorunması və gündəlik həyatımızda təmizlik və gigiyena metodlarından yiyələnməyin yollarından danışılacaq.
AGAT sədri Lalə Mehdiyeva bu mövzuda öz fikirlərini bölüşərək, qeyd edib ki, ekologiyanın qorunması günümüzdə ən aktual məsələlərdən biridir. Dövlətimiz bu yöndə çox önəmli işlər görmüşdür. Düşünürəm ki, bizlərdə dəstək olaraq, təbiətimizin, ətraf mühitin qorunmasında ən azından könüllü olaraq iştirak etməliyik.
Layihənin davamı olaraq məktəblərdə baş tutacaq təlimlərdə gənc ekoloq Safurə Əbilzadə də, bu mövzuda çıxış edərək, belə bir layihədə yer aldığı və şagirdlərə bu barədə təlim keçəcəyi üçün çox qürurlandığını bildirib. Elm və texnika inkişaf etdikcə biz təbiətə çox zərər veririk. Lakin inanıramki, biz təbiəti qoruya bilərik. Son zamanlarda bu cür layihələrin icra olunması da bunun göstəricisidir.
Ətraf mühitin qorunması üzrə mütəxəssis, təlimçi Amin Məmmədov təlim zamanı, öz təcrübi biliklərini iştirakçılarla paylaşaraq, qeyd etmişdir ki, belə layihələrin olunması günümüzdə ən vacib məsələlərdən biridir. Son illərdə respublikamızda təbiətin qorunması və mühafizəsi məsələsinə çox böyük diqqət yetirilir. Təbiət bizim evimizdir və biz onun kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır Son olaraq bildirmişdir ki, gəlin hər birimiz bir fərd olaraq, təbiətin mühafizəsinə qayğı və məhəbbətlə yanaşaq.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info