Kürdəmirin 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb
Tarix: 27.12.2017 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq Kürdəmir rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində rayonun 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.
Kürdəmir rayonunun Qaraqocalı kəndində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. Qeyd edib ki, sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına töhfə verib.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində layihələrin yekunlaşdığını bildirib. Qeyd olunub ki, növbəti illərdə digər kəndlərin də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə araşdırmalar aparılır.
Kəndlərə yeni mənbədən verilən suyun keyfiyyəti ilə sakinləri əyani tanış etmək məqsədilə “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının səyyar laboratoriyası tərəfindən analizlər aparılıb və nəticələr sakinlərə nümayiş etdirilib. Uzun illər suvarma kanallarından götürülən sudan istifadə edən kənd sakinləri keyfiyyətli su ilə təminata göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezidentin sərəncamına uyğun olaraq Kürdəmir rayonunda icra olunan layihələr 12 yaşayış məntəqəsini - Mürtülü, Qağacalı, Şıxımlı, Topalhəsənli, Şahsevən, Qaraqocalı, Xırdapay, Yeni Şıxımlı, Qurdbayram, Ucarlı, Balakəngərli kəndləri və Qarabucaq qəsəbəsini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Külüllü-Kürdəmir magistral kəməri seçilib. Magistral kəmərdən rayonun yaşayış məntəqələrinə çıxışlar verilib. Kəndlərdə müxtəlif diametrli polietilen borularla 39,5 km olan su xətləri çəkilib, ümumi istifadə üçün 113 ədəd bulaq quraşdırılıb. Ümumilikdə yeni su təchizatı layihələrindən Kürdəmir rayonunun 12 yaşayış məntəqəsinin 11400 nəfər sakin faydalanıb.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb. Kəndlərdə 535 km su xətti çəkilib, 1394 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info