Sosial mediada gənclərin fəaliyyəti necə qurulmalıdır?
Tarix: 27.12.2017 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


“Virtual həmrəylik Azərbaycan jurnalistləri və eləcə də bütün azərbaycanlılar üçün çox önəmlidir”
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) “Sosial mediada gənclərin fəaliyyətinin qurulması” adlı seminar həyata keçirib. Seminarın əsas məqsədi gənclərin sosial mediada asudə vaxtının səmərli təşkili və istiqamətləndirilməsi, Azərbaycan həqiqətlərinin sosial media vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasında gənclərin məlumatlandırılmasıdır.  Seminarda təlimçilər “Xalq” qəzetinin müxbiri, aktiv sosial media istifadəçisi Əfsanə Bayramqızı və “Palitra” qəzetinin müxbiri, Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə olublar. Seminarı giriş sözü ilə açan AGAT sadri Lalə Mehdiyeva tədbirin məqsəd və əhəmiyyətindən söz açdı. O qeyd etdi ki, informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə sosial mediaya maraq böyükdür. “Odur ki, bu aktuallığı nəzərə alaraq belə bir seminar təşkil etdik”, deyə o əlavə etdi.
L. Meydiyeva söylədi ki, məqsədləri gənclərin aktiv sosial media istifadəçisinə çevrilməsi üçün istiqamət vermək və ictimai-siyasi proseslərə sosial media vasitəsi ilə münasibət bildirə bildirməsinin əhəmiyyətli tərəfləri haqqında ətraflı məlumat verməkdir.
Növbəti olaraq Əfsanə Bayramqızı mövzu ilə əlaqədar gənclər üçün təqdimat etdi. Təqdimat sosial media və informasiya siyasətinə həsr olunmuşdur. O bildirdi ki, müasir dövrdə digər dünya gəncləri kimi, Azərbaycan gəncləri də sosial mediada aktivdir: “Lakin sosial mediadan daha çox əyləncə xarakterli məlumatlarla maraqlanan gənclərlə yanaşı, eyni zamanda sosial medianın üstünlüklərindən istifadə edərək Azərbaycan həqiqələrini dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyət göstərən gənclər də az deyil”. Ə. Bayramqızı söylədi ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, sosial media platformasının üstünlüklərindən istifadə etmək hər bir gəncin borcudur: “Bu baxımdan sosial media əvəzsiz bir vasitədir, xüsusilə də “Tvitter” sosial şəbəkəsi burada mühim əhəmiyyətə malikdir”.
Daha sonra “Palitra” qəzetinin əməkdaşı Fuad Hüseynzadə öz növbəsində Azərbaycan diasporunun inkişafında və xaricdə yaşayan azərbaycanlıların, xüsusilə diaspor nümayəndələrinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sosial medianın əhəmiyyətindən danışdı. O bildirdi ki, xaricdə yaşayan həmvətənlərimiz sosial mediada daha çox aktiv olarsa, Azərbaycan həqiqətləri daha çox dünyaya yayılar.
F. Hüseynzadə qeyd etdi ki, virtual həmrəylik Azərbaycan jurnalistləri və eləcə də bütün azərbaycanlılar üçün çox önəmlidir.
Seminar gənc jurnalistlərin, QHT nümayəndələrinin, aktiv sosial media istifadəçilərinin iştirakı ilə interaktiv keçdi.
Əkbər




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info