BANM-in tələbələri üçün “Etilen-Polietilen“ zavodunda karyera imkanları
Tarix: 27.12.2017 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


“Azərikimya” İstehsalat Birliyinin strukturuna daxil olan "Etilen-Polietilen" zavodu direktorunun müavini Natiq Beydullayev, baş metroloq Zeynal Quliyev və insan resursları departamentinin rəhbəri Mehri Əsədova ilə Bakı Ali Neft Məktəbində (BANM) görüş keçirilib. Məqsəd bu ali məktəbin tələbələrini zavod və onun fəaliyyəti, zavodun istehsal-təcrübə proqramları və işə cəlbolunma prosesi ilə bağlı məlumtlandırmaq olub.
BANM-dən bildiriblər ki, rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, statistik göstəriciləri barədə qonaqlara məlumat verib.
Daha sonra zavodun nümayəndələri BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbə və məzunları ilə görüşüblər.
Görüşdə N.Beydullayev "Etilen-Polietilen" zavodu və onun gördüyü işlər barədə geniş təqdimatla çıxış edib, tələbələri zavodun buxar generator kompleksi, susoyutma, azot-oksigen qurğuları ilə bağlı məlumatlandırıb. Zavodun proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə böyük ehtiyac duyduğunu deyən N.Beydullayev hazırda yeni işçiləri maraqlandıracaq təkmilləşmə və yenidənqurma layihələrinin də olduğunu söyləyib.
Baş metroloq Z.Quliyev bundan öncəki illərdə də BANM-in tələbələrinin zavodda istehsalat təcrübə proqramlarında iştirak etdiklərini, bilik və bacarıqları ilə fərqləndiklərini bildirib.
Sonda zavodun nümayəndələri tələbələrin suallarını cavablandırıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info