Gürcüstanlı kitabxanaçılar AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər
Tarix: 27.12.2017 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Gürcüstan Tbilisi Dövlət Universiteti (TDU) Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər. Khatuna Kikvilashvili, Marika Zhorzholiani, Tinatin Darchia, Davit Davitiani, Giorgi Banetishvili, Nino Chachuadan ibarət olan nümayəndə heyətinin səfər məqsədi MEK-də müasir akademik kitabxana xidmətlərinin tətbiqi ilə tanışlıq, inteqrasiya və əməkdaşlıq imkanlarının öyrənilməsi olub.
Ziyarət əsnasında qonaqlar Mərkəzi Elmi Kitabxananın iş strukturu və prinsipləri, mövcud imkan və əlaqələri, oxuculara xidmət növləri ilə tanış olublar. MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Beynəlxalq əlaqələr bölməsinin əməkdaşı İlahə Feyziyeva və Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva qonaqları müşayiət edib, onlara kitabxananın yaranma tarixi, yeni binaya köçdükdən sonra görülən işlər, icra edilən layihələr, tədbirlər, yeni təşəbbüslər, xüsusən MEK-in Milli Rəqəmsal Yaddaş bazası haqqında geniş məlumat veriblər. Gürcüstanlı qonaqlar kitabxanada oxucuların qeydiyyata alınması prosesi və proqram təminatı ilə, Nadir kitab fondunda unikal mənbələr və nadir nüsxələrlə ətraflı tanış olublar. Onlar Sərgi salonunu, Yardımçı fondları, Oxu zallarını, Akademiklər zalında yaradılan diplomatik fondu gəzərək xidmət prosesini müşahidə ediblər. Ekskursiya zamanı qonaqların kitabxana ilə bağlı sualları cavablandırılıb, maraq doğuran məqamlar ətraflı izah edilib.
Tanışlıqdan sonra MEK direktoru Leyla İmanova ilə görüşən TDU Gürcüstan Milli Elmi Kitabxanasının təmsilçiləri MEK-in fondlarının zənginliyindən, oxuculara göstərilən xidmətdən məmnunluqla bəhs edib, qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirərək kitabxanaya hədiyyələrini təqdim ediblər. Sonra qonaqlara MEK tərəfindən Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini əks etdirən ingilis və rus dillərində kitablar bağışlanıb, xatirə fotosu çəkilib.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Qolos Armenii”: “Paşinyanın komandası ona saxta rəqəmlər verir”
16.09.2019
İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib
16.09.2019
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad olunub
16.09.2019
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
15.09.2019
Özbəkistan da Türk Keneşinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info