34 miqranta şəhadətnamə verilib
Tarix: 28.12.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Miqrasiya sosial-iqtisadi həyatın bir çox tərəflərinə toxunan mürəkkəb ictimai prosesdir və ümumən müsbət xarakter daşıyır. Artıq XXI əsrin əvvəllərindən ölkəmizə də miqrant axını başlayıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizdə miqrantların cəmiyyətə inteqrasiyası üçün fəal iş aparılır, onlara mütəmadi olaraq humanitar yardım göstərilir.
Artıq beşinci ildir ki, sosial inteqrasiyaya dəstək olaraq, əcnəbi miqrantlar üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Qaçqın Qadın və Gənclər Mərkəzində təmənnasız Azərbaycan dili kursu təşkil edib. Daimi fəaliyyət göstərən kursa il ərzində müraciətlər qəbul olunur. Bu il müntəzəm davamiyyəti və yaxşı göstəriciyə görə 34 miqranta kursun şəhadətnaməsi verilib.
Dərslərdə müdavimlər ana dilimizi öyrənməklə yanaşı, Azərbaycanın ədəbiyyatı, tarixi, coğrafiyası, mətbəxi və s. barədə də məlumat əldə edirlər. Kursda iştirak edən dinləyicilərin ad günləri qeyd edılir, xəstə və yaşlı müdavimlərin evlərinə baş çəkilir. Xəstə və imkansız miqrantlara İran Aypara Cəmiyyətinin paytaxtda fəaliyyət göstərən klinikasında pulsuz müayinə olunmaq üçün kart verilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info